Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Var-dövlət haqqında aforizmlər

Milyonları axtaranlar nadir hallarda taparlar, ancaq axtarmayanlar əsla tapmazlar. ( Onore de Balzak )

Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək. ( Bencamin Franklin )

Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. ( Deyl Karnegi: Amerika psixoloqu )

Əgər bir nəfər" Mənim üçün pul mühüm deyil, prinsiplər mühümdür" deyirsə, bilin ki, onun üçün mühüm olan puldur. ( Kin Hubbard: Amerika filosofu )

Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir. ( Eduard Servus: Rus ədəbiyyatşünası )

Var-dövlət qayğılarımızı azaltmır, sadəcə olaraq bir qayğını digəri ilə əvəz edir. ( Epikür: Qədim Yunan filosofu )

Pul həqiqi zənginlik deyildir. O, sadəcə, ehtiyacları ödəmək üçün bir vasitə olduğuna görə dəyərlidir. ( Litsi Seneka: Qədim Roma filosofu )

İki cür insan- bir çox kasıb, bir də çox varlı- pulun qədrini bilməz. ( Ernst Toller: Alman şairi )

Pul sənə xidmət etmirsə, onda sən ona xidmət etməli olursan. ( Frensis Bekon: İngilis alimi )

Var dövlətə çox inanma, bir gün əldən gedər. ( Əhməd Yəsəvi: Türk alimi )


Tarix: 10.12.2014 / 12:18 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Dahilerin sözleri
loading...