Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Natali Portmanın həyatdan öyrəndikləri

Aktyor olmaq lazım deyil. Dünyada görüləcək o qədər iş var ki.

Özüm kimi qızım olmasını istəyirəm – qəşəng, hazırcavab, bilikli, çoxlu insan tanıyan və pul qazanmağı bacaran.

Ağıllı adamlar beş almırlar. Çünki onlar bilirlər ki, qiymətin elə bir əhəmiyyəti yoxdur.

Bir dəfə yolla gedirdim, birdən kimsə qışqırdı: “A baxın, bu ki Vaynona Rayderdir (amerikan aktrisa – red.)”. Mən də həmin adamı görmək üçün çevrildim. Ancaq qəflətən hamının mənə baxdığını gördüm.

“Leon” filmi mənə sevinc gətirmədi. O filmdə çəkildiyimə görə fəxr edirəm, amma 12 yaşında özünü seksual hisslərin obyekti kimi hiss etmək çox qəribə idi.

Çəkiliş meydançasında uşaq olmaq qəribədir. İş gedən vaxt sən hamı kimisən, o ki fasilə elan olundu, bütün aktyorlar yatmaq, yaxud da pivə içmək üçün otaqlarına dağılışırlar, sənsə kitablarını götürüb gedirsən dərsə.

Sevinirəm ki, hər sınağı keçmişəm. Mən valideynlərimin, prodüserlərin və tamaşaçıların istədiyi kimi olmağı bacardım.

Aktrisaların siyahısında deyəsən ən axırlardayam. İlə təxminən iki filmə çəkilirəm, amma çoxları, hətta yaşca məndən balacaların artıq 40-dan çox filmi var.

“Ulduz döyüşləri” filmindən sonra anladım ki, ömrü boyu aktrisa olacam. Bu filmə çəkiləndən sonra adam nə vəkil, nə həkim, nə də başqa biri olmaq istəmir.

“Ulduz döyüşləri”ndəki rolumun oyuncaqlarına baxanda qəribə oluram: indi hardasa uzaqlarda balaca-balaca uşaqlar mənlə oynayır.

Uşaq vaxtı kosmonavt, həkim, baytar, hamısından əvvəl isə su pərisi olmaq istəyirdim.

Atam mənə sadə bir qayda öyrətmişdi: həyatda nə mümkün deyilsə, o efirdə olmamalıdır.

Uşaq vaxtı atamın uçuq-sökük “Chevrolet”i, anamın isə köhnə “Oldsmobil”i var idi. Valideynlərim böyük evlərə, bahalı maşınlara heç vaxt pul xərcləməyiblər, əvəzində biz bütün teatr premyeralarına gedir və çoxlu səyahət edirdik.

İvritcə pis bilmirəm, hətta ivrticə düşünürəm – İsraildə olanda.

Atam bir dəfə məni tibbi konfranslarından birinə aparmışdı. Orada o, toyuq üzərində lazer əməliyyatı keçirdi, əməliyyatın uğurlu olmağından valeh olan hamı alqışlamağa başladı, mənsə həmin vaxt dəli olmaq üzrəydim. Çünki toyuq ölmüşdü. O vaxtdan bəri ət yemirəm.

Şayiələr heç bilmirəm necə yaranır. Məsələn, saçım keçəl olanda dedilər, mən neonasistəm, sonra dedilər, lezbianam, sonra isə xərçəng xəstəliyinə tutulduğumu yaydılar. Yaxşı ki, hamısını eyni vaxtda olmayıb.
Camaatın məni yəhudiyə bənzətməsindən xoşum gəlir.
Yəhudi rollarına çəkilmək istəmirəm. Hər ay mənə az qala 20 dənə bu tipli ssenari gəlir, heyf ki bu janrdan nifrət edirəm.

Komediya filmlərində çəkilmək istəyirəm. Çünki hələ də dəhşət gülməli birinə rast gəlməmişəm.

Camaatın məni yəhudiyə bənzətməsindən xoşum gəlir.

Bilirəm ki, qəşəng qulaqlarım var, baxmayaraq ki sırğalığım yoxdur. Qulaqlarımı belə də sevməyə öyrəşmişəm. Sırğalıqsız yaşamaq dünyanın axırı deyil.

Məncə, əllər bədənin ən qəşəng və ifadəli yeridir.

Kişilər elə qəribədirlər ki. Məktəb vaxtı bir sevgilim vardı, ilk görüşümüzdə onu öpmüşdüm, sonra məktəbdə şayiə gəzdi ki, mən fahişəyəm.

Deyəsən, qadınlardan təkcə mənəm uzundabanlı ayaqqabılara müharibə elan edən. Ətrafımdakı hər kəs mənim elə geyinməyimi istəyir. “Ayaqlar nə qədər uzun olsa, o qədər cəlbedicidir”, — fikri mənə çatmır.

Mənə dəhşətli dərəcədə maraqlıdır ki, bəşəriyyət necə o fikrə gəlib ki, qadın qoltuğunu və ayağını qırxmalıdır.

Ağıllı qadınlar ağıllı kişiləri daha çox sevir, nəyinki ağıllı kişilər ağıllı qadınları.

Səsimi az hallarda yüksəldirəm. Əsəbiləşəndə ağlayıram.

Uşaq vaxtı hamı dunyanı dəyişəcəyinə inanır.“Əzizim” müraciətini sevmirəm. O söz pişiyə daha çox yaraşır.

Bir dəfə dizaynerlərdən biri mənə dedi ki, əgər mən onun tikdiyi paltarı geyinsəm, satışlar yüksələcək. Yadımdadır ki, çox kədərləndim. İnsanlara aşılamaq istədiyim bəlkə də ən sonuncu mövzu — modadır.

Hərdən edəcəyin ən güclü jest – “yox” deməkdir.

Yuxuya heyranam. Bəzi insanlar işləri olmasa da, zəngli saat qururlar. Onlar yuxunu vaxt itkisi hesab edirlər, mənim üçünsə əksinə — yuxu vaxt keçirmək üçün ən yaxşı vasitədir.

Telefonla çox danışıram. Çünki yanında olmaq istədiyim adamlar çox az hallarda yanımda olurlar.

Mənimlə ən səmimi davranan Vudi Allen idi. O dedi: “Ay Allah, sən qorxuncsan!”

Uşaq vaxtı hamı dünyanı dəyişəcəyinə inanır.


Tarix: 10.12.2014 / 15:51 Müəllif: Aziza Baxılıb: 181 Bölmə: Dahilerin sözleri
loading...