beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıl haqqında

- Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün(Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır (Qurani Kərim)
- Ağıl alıb-satmaq mümkün olsaydı, yəqin,hamı alıcı olmaq istəyərdi (Devid Star Cordan:Amerika pedaqoqu)
- Ağıllı başqa bir ağıllının fikri ilə həmişə razılaşar. Sarsaq isə həm ağıllının, həm də sarsağın fikri ilə razılaşmaz (Aristotel:Qədim Yunan filosofu)
- Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım gələndə susmaq (Sədi Şirazi:İran şairi və mütəfəkkiri)
- Ağıl insana ağıllı yaşamaq üçün verilir (Vissarion Qriqoryeviç Belinski: Rus tənqidçisi və filosofu)
- Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox ,düşünmək lazımdır (Rene Dekart: Fransız filosofu və riyaziyyatçısı)
- Ən ağıllı filosoflar da sarsaq suallara cavab verməkdə çətinlik çəkirlər (Hilon:Qədim Yunan filosofu)
- Hiss və ağıl toqquşanda həmişə hiss qalib gələr (İohann Volfanq Höte:Alman şairi və mütəfəkkiri)
- Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə aöıldır, qalan şeyləri özləri də əldə edə bilərlər (İmmanuil Kant:Alman filosofu)
- Görünür,insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir (Mari Monteqyu:İngilis yazıçısı)
- Ağıllı olmaq kifayət deyil, kifayət qədər ağıllı olmalısan ki,özünü həddən artıq ağıllı saymayasan (Andre Morua:Fransız yazıçısı)
- Dərrakə çox vaxt yatır,onu oyatmasan, həmişə yuxulu olur (Uilyam Şekspir: İngilis dramaturqu və şairi)
- Bir insanın zəkası verəcəyi cavablardan deyil, soruşacağı suallardan məlum olur (Şevalye de Levis:Fransız marşalı)
- Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz (Artur Şopenhauer:Alman filosofu)
- Sizə ağlınız hökm edirsə-padşahsınız,vücudunuz hökm edirsə-kölə! (Mark Porsi Katon:Qədim Roma yazıçısı vədövlət xadimi)
- Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də çürüməyə səbəb olur (Muhəmməd Qəzzafi: İslam alimi və mütəfəkkiri)


Tarix: 10.12.2014 / 11:53 Müəllif: Aziza Baxılıb: 155 Bölmə: Dahilerin sözleri