beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hikmət xəzinəsindən ...

— Ağlamaq üçün gözdən yaşmı axmalı,
Dodaqları gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı,
Pis vücudda gözəl ruh,qəlbi bağlamazmı?
Həsrət-bir sevgidən uzaqmı qalmaqdır,
Sevgilin yanindaykən hicran duyulmazmı?
Oğurluq-pul,dövlət,malmı oğurlamaqdır,
Səadət oğurlamaq oğurluq olmazmı?
Solmasi üçün gülü budaqdanmı üzməli,
Qönçəykən bir çiçək budaqda solmazmı?
Öldürmək üçün silah,bir xəncərmi olmalı,
Gülüş-güllə,saçlar-ip,göz-silah olmazmı?
(Viktor Hüqo)
— Həyat qısadı! Qaydaları poz! Bağışlamağı bacar! Daima gül! Fasiləsiz öp! Rəqs et, sanki heç kim səni görmür! Oxu, sanki heç kim səni eşitmir! Sev, sanki heç kim heç vaxt sənin qəlbini incitməyib! həyat insana bir dəfə verilir… Və onu elə yaşa ki, hətta göydəkilər də təəccüblənib desinlər: «bir daha təkrarla...»
(Asofitr)
-Bir insan bir insanı «bir şey» görür, bu həyatdır.
Bir insan bir insanı «bir çox şey» görür, bu sevgidir.
Bir insan bir insanı «hər şey» görür, bu eşqdir.
Bir insan bir insanı «heç bir şey» görür, bu doğrudur.
Bir insan bir insanı görmür, bu ölümdür.
(Özdemir Asaf)
-Əgər cəsur deyilsənsə, sevə bilməzsən.
Əgər cəsur deyilsənsə, güvənə bilməzsən.
Əgər cəsur deyilsənsə, səmimi ola bilməzsən.
Əgər cəsur deyilsənsə, gerçəyin arxasına düşə bilməzsən.
Ona görə əvvəl cəsarət gəlir, və hər şey onu izləyir...
(Osho)
— Hər kəsi özünlə bərabər gör. Kim olursa olsun heç kimi alçaltma. Bu ağılsızlıqdır. Heç kimi də özündən böyük görmə. Bu qorxaqlıqdır. Cəsarət ağıldan, ürəkdən gəlirsə cəsarəttir, savadsızlıqdan gəlirsə bu cəhalətdir… (Hz. Mövlana)
-Bilənlər danışmır, danışanlar bilmir. (Lao Tzu)
-Dostluq çinar kimidir. Meyvəsi olmasa da kölgəsi də bəsdir.
(Alfred Capus)
-Gülüş ruhun heç çaşmayan aynasıdır. Yalnız uşaqlar qüsursuz bir gülüşlə gülməyi bacarırlar. (Dostoyevski)
-Qadından mələklik gözləyirsənsə, ona cənnəti vədd edəcəksən.
(Can Yücel)
-Ey can, Günəş hamı üçün eyni çıxar. Gül başqa, leş başqa qoxar. -(Mövlanə Cəlaləddin Rumi)
— Açılmamış qanadların böyüklüyü bilinməz. (Andre Gide)
— Yaşamağın məqsədi xoşa gəlməyəndən qaçmaq deyil, xoşa gəlməyənləri məğlub etməkdir. (F.W.Foerster)
— Unutma ki, nifrət və kinin ertəsi peşmanlıqdır. Və hər canlıya ölüm vardır. İnsan ölər, amma ölməyən İnsanlıqdır.
(Mövlanə Cəlaləddin Rumi)
— Yalnış zamanda qarşılaşılan mükəmməl insanlar vardır. Bir də doğru zamanda qarşılaşdığınız üçün mükəmməl olan insanlar.
(David Foenkinos)
-İnsanlar ümidlərinə görə söz verib, qorxularına görə hərəkət edərlər. (F. Rochefoucauld)
— Əgər bir hədəfiniz varsa, amma ona çatma yolunu görə bilmirsinizsə, o yolun adı «tərəddüd»dür. (Franz Kafka)
— Eyni kağızın arxa və ön üzləri kimiyik. Sonsuzadək bərabər, amma heç bir zaman bir-birini görməyən. (Aziz Nesin)
— Ölüm hamımızın paylaşdığı talehdir. Ölüm, həyatın ən yaxşı və tək kəşfidir. Hər zaman yeniyə yer açar. Yeni sizsiniz. (Steve Jobs)
— İnsan gülmədiyini günü yaşadım deyə həyat dəftərinə qeyd etməməlidir. (Sokrat)
— Ən ağıllı insan nəyi bilmədiyini biləndir. (Sokrat)
— Sevgi gənclər üçün faciə, yaşlılar üçün komediyadır. (Sokrat)
— Sadəcə bir yaxşı var: bilik, bir də pis var: cəhalət. (Sokrat)
— Qan və sümük bütün insanlar tapıla bilər. Fərqli olan ürək və niyyətdir. (Marlo Morgan)
— Bir yalan nə səbəbə deyilirsə deyilsin, hər zaman ən pis həqiqətdən belə daha pisdir. (Che Guevara)
— İnsanlar yalnız əldə edib-etməyəcəklərindən əmin ola bilmədikləri şeylərə dəyər verirlər. (Paulo Coelho)
— Bekarçılıq — uşaqların xoşbəxtliyi, qocaların isə bədbəxtliyidir.
(Victor Hugo)
-Həyat insanın iradəsini müxtəlif üsullarla yoxlayır — ya tamamilə heç nə baş vermir, ya da hər şey birdən baş verir.
(Paulo Coelho)
— Bir gün yuxudan oyanacaqsan və ömür boyu istədiyin bütün şeyləri eləməyə vaxtın olmayacaq. Onları indi et. (Paulo Coelho)
— Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən bədbinləşə bilərsən. (F.Nitsşe)
— Qadınlar zəifdir, amma Analar ən güclüdür! (Viktor Hüqo)
— Göy qurşağını görməyi arzulayırsansa, yağışda islanmağa hazır olmalısan. (Dolly Parton)
— Uşaqlıq, həyatımız boyunca həsrətlə geri dönüb baxdığımız məsumiyyət və xoşbəxtlik dövrü, həyatın cənnətidir. İtkin cənnət...
(Arthur Schopenhauer)
— Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün...
(Viktor Hüqo)
— Həyatımızdakı kölgələrin çoxu öz günəşimizin önündə durmagımızdan yaranır… ( R.W.Emerson )


Tarix: 10.12.2014 / 12:36 Müəllif: Aziza Baxılıb: 237 Bölmə: Dahilerin sözleri