Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DƏYİRMANÇI

Yuxuda dəyirmançı görmək-dünyasını, yaşayışını düzəltməklə məşğul olan adama işarədir. Özü üçün un üyüdən adam görmək-röya sahibi dəyirmançılıqla öz ehtiyaclarını təmin edəcək və üyütdüyü unun miqdarınca güzaranını, yaşayışını düzəldəcəkdir. Yuxuda dəyirmançı-bəzən qəm, tasa, düşmənçilik, mənfəət, sələmçilik, çətin və ağır işlər anlamına da gəlir. Zəfəran üyüdən adam görmək-gizli işlərə, elmə yozulur. Qadının zəfəran, yaxud buğda dəni üyütməsi-qayğıdan, tasadan qurtarmağa və təmizliyə işarə sayılır.


Tarix: 28.11.2013 / 00:04 Müəllif: Ebulfez Baxılıb: 144 Bölmə: D hərfi
loading...