Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Dovşan görmək

Yuxuda dovşan görmək gündəlik həyatınızda xoşbəxt dəyişikliyə işarədir: siz öz gəlirinizdən əvvəlkindən daha çox razı qalacaqsınız. Yuxuda ağ dovşanlar görmək həm ailəlilər, həm də subaylar üçün inam hissi deməkdir. Yuxuda dəcəl, şən dovşanlar ətrafınızda dolanırsa, bu o deməkdir ki, uşaqlarınız sizin sevincinizə səbəb olacaq.

Yuxuda sizdən qaçan dovşan görmüsünüzsə, bu o deməkdir ki, gizli şəkildə hansısa qiymətli əşyanızı itirəcəksiniz. Əgər onu tutsanız müsabiqədə qalib gələcəksiniz. Əgər dovşanlar sizin sevimli heyvanınızdırsa, sizi yaraşıqlı, intellektual dostlar əhatə edəcək. Yuxuda ölü dovşan görmək dostlarınızdan hansınınsa ölüm və xəstəliyinə işarədir. İtlər tərəfindən qovulan dovşanlar görmək yaxınlarınız arasında xoşagəməz hallar və davalara işarədir və yalnız siz köhnə dostluq münasibətlərini bərpa edə bilərsiniz.Yuxuda dovşanı güllələmisinizsə bu tapdalanmış hüququnuzu bərpa etmək üçün ağır ölçülərə əl atacağınıza işarədir.


Tarix: 27.11.2013 / 22:33 Müəllif: Ebulfez Baxılıb: 143 Bölmə: D hərfi
loading...