Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Dəmir görmək

Yuxuda dəmir görmək açıq-aşkar bədbəxtlik əlamətidir. Əgər yuxuda dəmirin ağırlığı altında əyilirsinizsə bu sizə daxili narahatlıq və maddi itkidən xəbər verir. Dəmirlə vurmaq o deməkdir ki, real həyatda sizdən asılı olan insanlara qarşı çox qəddar və eqoist olacaqsınız. Əgər yuxuda dəmir düzəldirsinizsə, bu sizin həyatda şəxsi mənfəətiniz üçün haram yollardan istifadə edəcəyinizə işarədir. Dəmir satmaq şübhəli uğura işarədir. Yuxuda paslanmış dəmir görmək yoxsulluq və kədərə işarədir. Əgər yuxuda dəmirin qiymətinin aşağı düşdüyünü görürsünüzsə, onda real həyatda həyatın necə dəyişkən olduğunu anlayacaqsınız. Əgər dəmirin qiymətləri artıbsa, bu, qaranlığın sonunda işıq olacağına işarədir. Qızarmış dəmir uğursuzluq əlamətidir.

Dəmir hər zaman ədalət və hakimiyyət rəmzidir. Tövratın əlində dəmir çəkic onun hakimiyyətinə hörmət etməyə vadar edir. İnsan haqqında dəmir kimi ağır danışırlarsa, bu o deməkdir ki, real həyatda bu insan özündə qüdrət, hakimiyyət, möhkəmliliyi birləşdirir.İstənilən halda qərar dəmirin kimin əlində tutulmasından asılıdır.

Dəmir- müharibə, güclü hakimiyyət, qarşıdurma, düşmənçilik simvoludur. Yuxuda başı dəmirlə zəncirlənmiş insan görmək o deməkdir ki, ölkədə hakimiyyətə can atan kiçik qruplaşmaların silahlı qarşıdurması gözlənilir. Yuxuda əlində müxtəlif dəmir silahlar olan uşaqlar görmək köləliyə, müstəmləkəçiliyə işarədir. Dəmir qını olan heyvanları öldürməyə çalışmaq həyatda əclaf bir insanın hakimiyyəti ələ alaraq öz istəklərini həyata keçirməyə çalışmasına işarədir.Yuxuda kralın dəmirürəkli olduğunu etiraf etməsinin şahidi olmaq – o deməkdir ki, apreldə hökumətin siyasəti birdən dəyişərək daha loyal olacaq və ehtiyac işərisində olan insanlara yüngüllük gətirəcək.Yuxuda dəmirin qızıldan yüksək qiymətləndirildiyini görmək o deməkdir ki, avqustda əldə olunan barışıq apreldə pozulacaq və silah hazırlamaq lazım gələcək, çünki rəqiblərin hər birinin müharibəyə tam hazırlığı qarşıdurmanı dayandıra bilər


Tarix: 27.11.2013 / 22:58 Müəllif: Ebulfez Baxılıb: 918 Bölmə: D hərfi
loading...