beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərbənd qalası Əhəmiyyəti

Sasanilər şərqi Ön Qafqaz çöllərində yaşayan köçəri şimal tayfa və xalqlarının – maskutların, alanların, hun, sabir, xəzər və başqa türk tayfalarının Cənubi Qafqaz və İrana keçmələrinin qabağını kəsən belə istehkamların tikilməsində maraqlı idilər. Bizans da Dərbənd keçidinin və Sasanilərin şimal sərhədlərinin onun üçün təhlükə törədən köçəri tayfalara qarşı möhkəmləndirilməsinə çalışırdı. VIII əsr tarix əsərində xəbər verilir ki, V əsrdə imperator Markian (450-457-ci illər) Dərbənd divarlarını tikmək üçün maddi yardım göstərmiş, "bu işə öz xəzinəsindən çoxlu talant sərf etmişdi".[14]

VI əsrdə Sasanilər dövlətinin şimal sərhəddindəki ən mühüm strateji əhəmiyyətli məntəqələri Dərbənd və Dər-i alan (Alan qapısı) keçidləri idi. Beləliklə, Sasanilərin Dərbənd bölgəsində möhkəmləndikləri bir əsr ərzində – V əsrin ortalanndan VI əsrin ortalarınadək fars padşahları Şirvan ərazisində İran torpaqlarına ardıarası kəsilməyən hücumlar edən köçəri tayfalardan müdafiə məqsədilə nəhəng istehkamlar tikmişdilər.

Ərəb tarixçisi əl-Məsudi (943-cü il) bu istehkamların əhəmiyyəti haqqında aşağıdakıları yazırdı:

"Əgər Allah hər şeyi görməyi, böyüklüyü və mərhəməti ilə İran şahlarına (mülük-ül-furs) əl-Bab şəhəri, onun quru, dəniz və dağlarda olan divarları və digər qalaların tikilməsinə, həmçinin, müxtəlif xalqlardan olan adamların yerləşdirilməsinə, müxtəlif dərəcəli hökmdarlar təyin etməsinə kömək göstərməsəydi onda xəzərlər, alanlar, sərirlər, türklər və adları çəkilən digər xalqlar, şübhəsiz, Bərdə, ər-Ran, Beyləqan, Azərbaycan, Zəncan, Əbhər, Qəzvin, Həmədan, Dinavər, Nihavənd vilayətlərinə və digər erlərə gəlib çıxardılar".
— Ə1-Məsudi. Mürüc.s.212-213


Tarix: 08.01.2015 / 00:46 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Dərbənd qalası