beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərbənd qalası Tarixi

Dərbənd təpəsinin şimal-şərq hissəsində tikilmiş bu istehkamın qalıqları arxeoloji qazıntı işləri nəticəsində e.ə. VIII-VI əsrlərə aid təbəqələrdə aşkara çıxardılmışdır. V əsrdə Sasani hökmdarı II Yəzdəgird (438-455-ci illər) zamanında bu istehkamlar əsasında Dərbənd qalasından dənizə qədər bütün keçidin qabağını kəsərək, təpənin zirvəsinədək uzanan qala divarları ucaldılmışdı. Qala divarları təpə üzərində salınmış möhkəm içqalaya bitişirdi. Sonralar çiy kərpicdən olan divarlara lap yaxın, sanki ona üzlük kimi şimal daş divarı tikilmişdi. Dərbəndin daş divarı I Xosrov Ənuşirəvan (531-579-cu illər) dövründə tikilməyə başlamış və 567-ci ildə, başqa bir fərziyyəyə görə isə, 547-ci ildə başa çatdırılmışdır.

Azərbaycan inşaat sənətinin misilsiz qiymətə malik abidələrindən olan Dərbənd divarlarının üzlüklərində 20-dək Pəhləvi kitabəsi vardır. Sasanilər dənizdən başlayaraq, əzəmətli daş tikililər – şəhərin şimal və cənub divarları, içqala və Dərbənd qala divarının davamı olub, dağlar boyu qərb istiqamətində 40 km-dək uzanan dağ səddi inşa etmişdilər. Bu sədd dənizdən başlayaraq, Qafqaz sıra dağlarının düşmən üçün keçilməz çıxıntılarınadək qırılmaz müdafiə xətti kimi düşünülmüşdü. Ərəb mənbələrinin verdiyi məlumata görə divarlar dənizin içərilərinədək gedib çıxırdı. Dərbənd divan tikildikdən sonra şəhərdən şimala doğru qalıqları Oqni stansiyasından 6-7 km aralı indiyədək duran bir divar da ucaldılmışdı.


Tarix: 08.01.2015 / 00:45 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Dərbənd qalası