beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərbənd qalasıDərbənd əmirliyi (Əmirlər)

Əmirlik Dərbənd Haşimiləri sülaləsi tərəfindən idarə olunurdu, dəfələrlə Şirvanşahlar və xarici əmirlər tərəfindən də idarə edilmişdir:

I Haşim ibn Suraka
Ömər ibn Haşim
Məhəmməd ibn Haşim
Əbdülmalik ibn Haşim
Əhməd ibn Əbdülmalik (birinci)
Şahzadə Heysəm (birinci)
Əhməd ibn Əbdülmalik (ikinci)
Şahzadə Heysəm (ikinci)
Şahzadə Əhməd
Xəşrəm Əhməd - həm də Ləkz əmiri
Əhməd ibn Əbdülmalik (üçüncü)
Maymun ibn Əhməd
II Məhəmməd
Ləşkəri ibn Maymun
Mənsur ibn Maymun
II Əbdülmalik
II Mənsur (birinci)
II Ləşkəri
II Mənsur (ikinci)
II Maymun (birinci)
III Əbdülmalik
II Maymun (ikinci)
II Maymunun devrilməsindən və III Əbdülmalikin həbsindən sonra I Fəribürz əmirliyi Şirvanşahlar dövlətinə birləşdirdi. Ardı »

Dərbənd qalasıDərbənd əmirliyi Quruluşu və xüsusiyyətləri

Quruluşu və xüsusiyyətləri[redaktə]
I Haşim ibn Suraka tərəfindən qurulmuş olan əmirlik atadan oğula keçən irsi hakimiyyətə sahib idi. Əmirdən başqa dövlətin idarəsində güclü rol oynayan rəislər vardı. Əmirlər hakimiyyətə seçki ilə gəlirdilər və rəislərin bəyənmədiyi bir əmir asanca devrilə bilərdi. Rəislik də atadan oğula keçən bir titul idi. Bəzən əmirin üstündə təsir qazanmaq üçün rəislər bir-biri ilə mübarizə aparırdı. Paytaxtı Dərbənd olan əmirlik 883-cü ildə xəlifə Əl-Mütəmid tərəfindən tanınaraq Bakının neft mədənlərini və duz göllərini idarə etmək haqqını əldə edərək sərhədlərini cənuba doğru genişləndirmişdi. Ardı »

Dərbənd qalasıDərbənd qalası Tarixi

Dərbənd təpəsinin şimal-şərq hissəsində tikilmiş bu istehkamın qalıqları arxeoloji qazıntı işləri nəticəsində e.ə. VIII-VI əsrlərə aid təbəqələrdə aşkara çıxardılmışdır. V əsrdə Sasani hökmdarı II Yəzdəgird (438-455-ci illər) zamanında bu istehkamlar əsasında Dərbənd qalasından dənizə qədər bütün keçidin qabağını kəsərək, təpənin zirvəsinədək uzanan qala divarları ucaldılmışdı. Qala divarları təpə üzərində salınmış möhkəm içqalaya bitişirdi. Sonralar çiy kərpicdən olan divarlara lap yaxın, sanki ona üzlük kimi şimal daş divarı tikilmişdi. Dərbəndin daş divarı I Xosrov Ənuşirəvan (531-579-cu illər) dövründə tikilməyə başlamış və 567-ci ildə, başqa bir fərziyyəyə görə isə, 547-ci ildə başa çatdırılmışdır.

Azərbaycan inşaat sənətinin misilsiz qiymətə malik abidələrindən olan Dərbənd divarlarının üzlüklərində Ardı »

Dərbənd qalasıDərbənd qalası Əhəmiyyəti

Sasanilər şərqi Ön Qafqaz çöllərində yaşayan köçəri şimal tayfa və xalqlarının – maskutların, alanların, hun, sabir, xəzər və başqa türk tayfalarının Cənubi Qafqaz və İrana keçmələrinin qabağını kəsən belə istehkamların tikilməsində maraqlı idilər. Bizans da Dərbənd keçidinin və Sasanilərin şimal sərhədlərinin onun üçün təhlükə törədən köçəri tayfalara qarşı möhkəmləndirilməsinə çalışırdı. VIII əsr tarix əsərində xəbər verilir ki, V əsrdə imperator Markian (450-457-ci illər) Dərbənd divarlarını tikmək üçün maddi yardım göstərmiş, "bu işə öz xəzinəsindən çoxlu talant sərf etmişdi".[14]

VI əsrdə Sasanilər dövlətinin şimal sərhəddindəki ən mühüm strateji əhəmiyyətli məntəqələri Dərbənd və Dər-i alan (Alan qapısı) keçidləri idi. Beləliklə, Sasanilərin Dərbənd bölgəsində möhkəmləndikləri Ardı »

Dərbənd qalasıDərbənd qalası

Dərbənd qalası – Dərbənd şəhərini müdafiə edən qədim qala divarları.

Böyük Qafqazın Calqan dağ silsiəsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən "Kaspi qapısı" adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda "Xəzər qapısı", "Alban qapısı", "Hun keçidi", "Qafqaz qapısı", "Dərbənd qapısı" kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı.

Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı Ardı »

Dərbənd qalasıİnşası

Nəhəng sərhəd istehkamlarının tikilməsi, əsasən, Albaniyanın ən varlı vilayəti olan Şirvanın hesabına təmin olunan böyük maliyyə vəsaiti və insan qüvvəsi tələb edirdi.

VII əsr alban müəllifi Moisey Kalankatlı "Böyük Çoğa (Dərbənd) şəhərinin əzəmətli divarlarından, fars hökmdarlarının Qafqaz dağları ilə Şərq dənizi arasındakı keçidi tutmaq məqsədilə möhkəm istehkamlar tikmək üçün memarlar toplanmasına və çoxlu materiallar axtarılıb tapılmasına böyük vəsait sərf edərək, ölkəni əldən salmasından" danışır. Ardı »

Dərbənd qalasıDərbənd qalası Tədqiqi

Əl-İdrisi əl-İstəxridən və İbn Havqəldən iqtibasla Bab əl-Əbvab limanşəhərini belə təsvir edir: "Bab əl-Əbvab Xəzər dənizi sahilində çox böyük şəhərdir. Şəhərin ortasında gəmilər üçün liman vardır. Bu limanın girəcəyində onu hər iki tərəfdən qapayan bəndə kimi iki bina tikilmişdir. Girəcəyə zəncir çəkilmişdir və limanın sahibinin icazəsi olmadan buraya heç kəs nə girə, nə də çıxa bilər. Dərbəndin divarları çox möhkəm daşdan, çiy kərpic və gildən tapılmışdır... Orada böyük miqdarda istehsal edilən kətan parçadan Arran, Ərməniyyə və Azərbaycan əhalisinin üst geyimlərinin altından geydikləri paltarlar tikilir"

XIII əsrin əvvəlinə aid "Əcaib əd-Dünya" əsərində Dərbənd malları arasında rus tacirlərinin şimaldan gətirdikləri qiymətli "qunduz, samur, sincab Ardı »