beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənə insan demə!

Bəzən çox vaxt
Tək qalanda Səninlə..
Ruhumu arayıram
Kimsəsiz bir otaqda
Dünya mənə dar gəlir
Bir nəfərlik yataqda
Daha çox susuram
Danışan mən deyiləm
Ruhuma ilham verən
Sənsən!

Mərhəmətin yetər mənə
Bir xahişim var Səndən
Mənə insan demə!
Yaraşmayır bu ad mənə..
Məni öz adımla səslə yetər!
Öz vaxtımdan ayrıb da
Sən deyə
Səslənməyə gücüm yoxsa
Şeytanın təcəllisi məndə çoxsa
Yalvarıram üz tutaraq dərgahına
Bu adın ağırlığın düşünəndə
Çox qorxuram..
Mənə insan demə!
Yalançı de,günahkar de!
Haqq yolundan azan de!
İnsan demə!


Tarix: 26.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: DİNİ ŞEİRLƏR