Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müalicəvi seks

Müalicəvi seks

Əgər kişi cinsi əlaqəyə girir, lakin sperma itirmirsə, bu halda yeni həyat gücü və enerji hasil olub artır. Orqanizm onu mənimsəyib güclənir, bu da hissiyyatın artmasına gətirib çıxarır.

Qədim Çin müdriklərinin müşahidəsindən.
Seks üzrə qədim kitablarda “Sevgi Oyunu” prosesində baş verən xüsusi ahəngdar hərəkətlər zamanı hasil olan 8 nemət sadalanır. Bu ritmlər, özülündə Yan ədədinin durduğu sehrli ədədlərin bir-biri ilə əvəzlənməsindən ibarətdir. Yan (kişi gücü) cüt ədədləri, İn (qadın gücü) isə tək ədədləri təmsil edir. Qədim Şərq təbabətinin müşahidələrinə əsasən: qan, cisim, piy, sümüklər, ilik və sperma (yaxud yumurta) təbii nizam və ritmə uyğun olaraq yaranan bir zəncirin halqalarıdır. “Həyatın mahiyyətini qan yaradır, qandan cisim hasil olur, cisim (bədən) piyi, piy de öz növbəsində sümüyü yaradır. Sümüklərdən ilik hasil olur ki, ondan da sperma və ya yumurta yaranır”. Maddi elernentlərin bu yeddilik yaranışı təbii prosesdir və daim yadda saxlamaq lazımdır ki, qeyr-sağlam həyat tərzi və ziyanlı vərdişlərlə onu pozmaq olar. Və əksinə, düzgün seçilmiş vasitələr sayəsində onu gücləndirmək mümkündür.

Cinsi aktın müalicəvi təsiri ona əsaslanır ki, spesifik cinsi pozalar enerjini müxtəlif istiqamətlərə yönəldirlər və bu, enerjiyə xəstə orqanlarda cəmlənməsinə və onları sağaltmasına şərait yaradır. Cinsi akt həmişə təneffüs orqanlarında, qan dövranında, ürək fəaliyyətində, sekresiyalarda və beyin dalğalarında müəyyən dəyişikliklərə səbəb olur. Bu dəyişiklik orqanizmdə ziyanlı təbəddülat yaratmır və yalnız zəruri metobolik prosesi hərəkətə gətirmək üçün nəzərdə tutulub.

Beləliklə, müxtəlif cinsi pozalara “cinsi yoqa” kimi baxmaq olar, özü də bu özünəməxsus “yoqa” insan orqanizmini klassik yoqaya nisbətən daha səmərəli müalicə edə bilər, çünki burada iki tərəfli təsir mövcuddur, belə ki, cinsi akt zamanı kişi və qadın orqanizmləri vəhdət halında işləyərək bir-birlərini tamamlayır. Müalicə və seks elmi tələb edir ki, kişi lazımi məqamlarda nəfsi saxlamaq qabiliyyətin təkmilləşdirsin. Qadının rolu isə ondan ibarətdir ki, təbiətin qidaverici gücünü oyatmaq təşəbbüsündə olsun. Hələ qədim müdriklər bəyan edirdilər ki, əgər insan özünün ecazkar gücünü-orqanizmi sağlamlaşdırmaq imkanlarmı tam işə sala bilsə, möcüzələr törətməyə qadir olar. ..


Tarix: 19.11.2013 / 02:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 490 Bölmə: Cinsel Problemler
loading...