beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərdə sonsuzluq

Kişilərdə tam və ya natamam sonsuzluğun əsas səbəbləri tam keyfiyyətli spermatozoidlərin xayalarda yaranmaması, onların xaya artımlarında lazımi dərəcədə yetişməməsi, spermatazoidlərin cinsiyyət üzvü yollarında hərəkətinə mane olan pozuntulardır. Bu zaman sekretor və Sekretor sonsuzluqlar ayırd edilir.

Sekretor sonsuzluq xayalarda anadangəlmə və ya Sonradan qazanılmış çatışmazlıqlar nəticəsində yaranır. Anadangəlmə sonsuzluq xayaların hər ikisinin olmamasının (anorxizm) nəticəsində baş verir və nadir hallarda təsadüf olunur. Başqa bir anomaliya — monorxizm (birxayalılıq) normal inkişaf etdikdə özünün bütün endokrin və spermatokenez vəzifələrini yerinə yetirir və spermanın mayalandırmaq xüsusiyyətini təmin edir. Xayalardan birinin və ya hər ikisinin xayalığa enməməsinə (kriptorxizmə) daha çox təsadüf edilir. Xayalar adətən uşağın qarın boşluğunda inkişaf edərək 9 aylığında xayalığa enirlər, lakin 10-15%-ində bu normal , vəziyyət baş vermir. Belə vəziyyətdə olan uşaqların 70%-ində həyatın birinci ilində, qalanlarında isə bir qədər də gec xayalar öz təbii yerlərinə enirlər. Lakin 0,2-0,3%-ində isə kriptorxizm böyük yaşlara qədər qalır. Bu vəziyyət ananın hamiləlik dövründə müxtəlif xəstəliklər keçirməsi ilə, zədələnmələrlə, bəzən hormonal pozğunluqlar və irsi xəstəliklər ilə izah olunur. Bəzi kişilərdə xarici mühit amillərinin təsirindən (soyuqlama, ağır fiziki əmək və s.) xayalar yuxarı dartılaraq xayalıqdan çıxır (kriptorxizm) və qasıq kanalına keçirlər. Xayalıqdan çıxmış xayalar onlar üçün yüksək sayılan 37°S hərarətin təsirinə məruz qaldıqda öz daxili quruluşunu itirir, atrofiyalaşır və hətta yaman xəstəliyi baş verə bilir. Məlumdur ki, xayalıq soyuqda yığılaraq qısalır və istidə boşalaraq genişlənir və beləliklə spermatokenezm (spermanm yaranmasım) təmin və tənzim etmək üçün 33 – 34° ,S optimal hərarəti daimi vəziyyətdə saxlayır. Valideynlər oğlan uşaqlarının xayalarında kiçik yaşlarında qeyri-normal vəziyyət müşahidə etdikdə mütəxəssisə müraciət etməlidirlər.

Bəzi irsi xəstəhklərdə cinsiyyət sistemində anadangəlmə qeyri-normallıqlar xarakter haldır. Spermatozoidlərin yaranıb hazırlanmasına oğlanların bir sıra yoluxucu xəstəliklər (tif, qızılca, məxmərək, malyariya, brusellyoz, qrip və s.) keçirmələri də mane ola bilər. Sekretor sonsuzluğu əmələ gətirən səbəblərdən ən əsası parotit (xanazir) xəstəliyini xüsusilə qeyd etmək lazımdır. Bu xəstəliyi keçirmiş kişilərin, demək olar ki, 40%-ində spermatozoidlərin hasil olub yetişdikləri xayaların və xaya artımlarının toxumalarında dəyişikliklər olur.

Cinsiyyət üzvlərində zədələnmələr nəticəsində olan sonsuzluq bu orqanların qanla təminatının azalması, qansızmalar, ödəmlər səbəbindən baş verir. Müxtəlif cərrahi müdaxilələr (yırtıqların Tikilməsi və s), qan damarlarının varikoz genəlmələri, xayalara mays tollanması da sonsuzluğun əmələgəlmə səbəblərindəndir və belə hallarda təcili cərrahın müdaxilə tələb olunur.
Xayaların fəaliyyətinə təsir edən amillərdən müxtəlif zəhərli maddələrin (çivə, qurquiyun, manqan, benzol və s.) təsiri, müxtəlif dərman preparatları, xüsusilə antibiotikdər və cinsiyyət hormonlarının sistemsiz qəbul olunması, ionlaşdırıcı şüaların təsiri, bir sıra endokrin xəstəlikləri, qidalanmanın keyfiyyətsiz olması, qidada vitaminlərin çatışmazlığı. və s. göstərilə bilər. Xayaların toxumalarında dəyişikliklər çox zaman nikotin və alkohol zəhərlənmələri nəticəsində baş verir. Bu amillərin patoken təsiri çoxcəhətlidir: qan damarlarının sıxılması nəticəsində xayaların qakla qidalanmasını çətinləşməsi, y kromosom aparatının pozulması nəticəsində eybəcər uikpların doğulması təhlükəsi, qara ciyərin alkoholun təsiri ilə xəstələnmələri nəticəsində xayalarda olan toksiki təsirin güclənməsi.

Kişidə çox mürəkkəb olan cinsiyyət sahəsinin idarə olunmasında beyin qabığı, hipotalamus, hipofiz, xayalar iştirak edirlər. Onlardan hər hansı birinin pozuntusu bütün sistemin idarə olunmasını pozaraq kişinin mayalandırmaq qabiliyyətinə mənfi təsir göstərir. Elə buna görə də beyin və onurğa beyninin zədələnmələrindən, mərkəzi sinir sisteminə alkoholun təsirindən və bəzi şişlərin əmələ gəlməsindən də belə vəziyyət yaranır. Sinir amilinin də çox böyük əhəmiyyəti var, belə ki, ağır psixi zədələr eyakulyatın keyfiyyətinə də mənfi təsir göstərir və bunun nəticəsində bəzən də spermatozoidlər toxum mayesindən tamamilə itib yox ola bilirlər.

Son illər alimlərin diqqətini kişinin mayalandırma qabiliyyətinə mənfi təsir göstərən immunitet amili cəlb etmişdir. Ümumi infeksiyalarda hemototestikulyar mayesinin (qanla xaya toxumaları arasındakı maddələr mübadiləsini tənzim edən fizioloji mexanizm, keçiriciliyinin yüksəlməsi, zədələnmələr, aşağı və yüksək temperaturun təsiri, avitaminozlar və başqa amillər kişinin qanında öz xüsusi spermatoken spitel hüceyrələrinə qarşı əks cinslər yaranmasına və, beləliklə, autoimmun sonsuzluğa gətirib çıxarır.


Ekskrstor sonsuzluq
Sonsuzluğun forqiası kişinin cinsiyyət üzvü yollarında spermatozoidlərin hərəkətində mansələrin olması nəticəsində əmələ gəlir. Sonsuzluğun bu formasına spermatozoidlərin normal həyat fəaliyyətini təmin edən bioloji aktiv maddələri hasil edən cinsiyyət vəzilərinin artımlarımn iltihabı da aiddir.

Xaya artımlarının və ya toxum axarlarının anadangəlmə inkişafdan qalması (aplaziya) nadir hallarda olur və, hətta bu birtərəfli olursa ikinci xaya orqanizmi sperma ilə təmin edir. Toxum keçirən yolların tutulmasında (anadangəlmə və ya ilmhab prosseləri əmələ gətirən yoluxucu xəstəliklərdə, xüsusilə süzənək xəstəliyində) qpermatokenez saxlanır, lakin çıxış yolu olmadığından onlar tələf olurlar.

Cinsiyyət vəzilərinin artırılan spermatozoidlərin Həyat fəaliyyətini və hərəkətini sürətləndirən qidalı maddələr hasil edirlər. Ona görə də bu vəzilərin iltihabı da kişinin mayalandırma qabiliyyətinə mənfi təsir göstərir. Esekretor sonsuzluğa kişinin cinsiyyət üzvünün bəzi aiatomik qeyri-normallıqları da aiddir. Məsələn, nadir hallarda sidik kanalalının cinsiyyət üzvünün ucuna deyil, onun arxa hissəsinə, hətta bəzən xayalıq və ya aralıq sahələrinə açılması (hipospadiya) yalnız sidik ifrazını deyil, həm də cinsi əlaqəni çətinləşdirir və sonsuzluğa səbəb olur.

Həqiqi və yalan aspermatizm də kişilərdə sonsuzluğa səbəb olan xəstəliklərdəndir. həqiqi aspermatizmdə beyin qabığının cinsiyyət mərkəzlərinə tormozlaşdırıcı təsir göstərməsi nəticəsində cinsi əlaqə aktı nə qədər davam etsə də spermanın xaric olması baş vermir. Yalan aspermatizm isə ən çox cinsiyyət sistemində baş verən müxtəlif iltihabi xəstəliklərin vaxtında, düzgün müalicə olunmamasının nəticəsində meydana çıxır və bu zaman sperma xaricə çıxmaq əvəzinə sidik kisəsinə tökülür.


Tarix: 19.11.2013 / 02:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 444 Bölmə: Cinsel Problemler