beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varlı kişilərin həyat yoldaşları

Qadınların yataqda aldıqları zövq, həyat yoldaşlarının bank hesabıyla birbaşa əlaqəlidir!

Elm adamları, qadınların yataqda aldıqları həzzin, həyat yoldaşlarının bank hesabıyla birbaşa əlaqədar olduğunu ortaya qoydu.


TƏKAMÜLLÜN BİR NƏTİCƏSİ.

Newcastle Universiteti psixologiya kafedrasının araşdırmasına görə, zəngin bir adamın həyat yoldaşı daha tez-tez orgazm olur. Araşdırma qrupunda iştirak edən Psixoloq Doktor Tomas Pollet, "Qadının orgazm ehtimalı, həyat yoldaşının gəliriylə birlikdə artır" deyə danışdı. Pollet, bu fenomenin qadınların hisslərinə söykəndiyini, kişi seçərkən təkamül prosesi ərzində olduğu kimi instinktiv bir təsirin nəticəsi ola biləcəyini söylədi.


MƏRKƏZDƏ QADIN ORGAZMI MƏSƏLƏSİ VAR.

Araşdırma, qadınların doğuşdan sərvət ovçusu olmağa proqramlaşdırılmış ola biləcəklərini də göstərdi. Orgazm araşdırması, qadın və kişilərin genlərinin ən yaxşı şəkildə köçürülməsini təmin etmək məqsədiylə bir-birlərini istifadə etdiklərini iddia edən geniş həcmli bir təkamül psixologiyası elmi işinin bir parçasıdır. Araşdırmanın mərkəzində isə artımla bağlı heç bir funksiyası olmayan orgazm dayanır.


GƏLİRLƏ ƏLAQƏDAR

Çünki qadınlar aldıqların həzzin azlığından və ya çoxluğundan asılı olmayaraq hamilə qala bilir. Araşdırma çərçivəsindədə Çində 5000 adam, seks həyatları, gəlirləri və digər faktorlarla nəzarət altına alındı. Təcrübədə iştirak edənlərin 1534-ü qadın idi. Araşdırmada qadınların 121-i seksdə həmişə orgazm olarkən, 408-i tez-tez, 762-si bəzən, 243-ü nadir olaraq və ya əsla cavabını verdi. Pollet, analizində bu fərqliliyin həyat yoldaşının gəliri, yəni pulla əlaqədar ola biləcəyi nəticəsinə gəldi.


Tarix: 19.11.2013 / 02:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Cinsel Problemler