beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HAMİLELİK DÖVRÜ SEKS OLARMI?

Elbette! Eger hamileliyiniz normal keçirse, özünüzü yaxşı hiss edirsinizse, hamileliyin evvelinden axırına qeder seksle meşğul ola bilersiniz! Unutmayın ki, balanız ilk günlerden mehebbet dolu mühitde böyümelidir. Ancaq bezi hekimler hamileliyin ilk heftelerinde ehtiyatlı olmağı tövsiyye edir. Siz nedense narahatsınızsa, hekime müraciet edin. Kitablardan oxuduqlarınızla, ya da refiqelerinizin meslehetleriyle kifayetlenmeyin. Hamilelik dövründe yalnız bir neçe halda seksin tehlükesi olar; • uşağın düşmesi tehlükesi varsa ve siz evvel de tez-tez uşaq salmısınızsa; • cift möhkem deyilse, ya ciftin yerleşmesinde problem varsa; • çoxdöllü hamilelik zamanı; • sizde, ya yoldaşınızda cinsi orqanlarda infeksiya varsa (bir daha xatirladaq ki, bu mesele hamileliye qeder hell olunmalıdır, her iki valideyn hekime müraciet etmeli, xesteliyi olub-olmadığını müeyyenleşdirmeli, müalice olunmalıdır, yalnız bundan sonra hamilelik barede düşünmek meslehetdir). Cinsi elaqenin gelecek körpeye zereri yoxdur ki? Yox. Uşaqlığın qalın ezeleli divarları, elece de başqa orqanlar dölü qoruyur. Düzdür, orqazmdan sonra dölün terpendiyini güman ede bilersiniz, ancaq gümanınıza sebeb uşaqlığın yığılmasıdır. Gelecek körpenizi incitmediyinize emin ola bilersiniz. Onun heç neden xeberi yoxdur! Bes orqazm doğuşu tezleşdirmir ki? Uşaqlıq doğuşa hazır deyilse ve döl yetişmeyibse, uşaqlığın yığılmasının zereri yoxdur. Amma eger doğuşa çox az qalıbsa, orqazm doğuşun başlamasına tekan vere biler. Yeni seks sancıları “getire” biler. Hamilelik dövründe qadının sekse marağı azalır? Bu suala bir sözle cavab vermek mümkün deyil. Bezi hamilelerin, eksine sekse marağı evvelkinden çox olur. Bu halda cütlük hamilelik dövrünü cinsi münasibetlerin en gözel dövrü kimi xatırlaya biler. Amma bezi hamilelerde cinsi elaqeye maraq azalır, ya da tamam olür. Çox vaxt hamileliyin ilk 3 ayında sekse maraq azalır (xüsusile ilk defe hamile olan qadınlarda bele olur). Buna sebeb, hamilelikle bağlı narahatlıq, qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vezilerinin kobudlaşması, hormonal deyişiklik neticesinde emosional veziyyetin deyişkenliyidir. İkinci 3 ay erzinde sekse maraq adeten berpa olunur. Hamilenin bedeninde qan dövranı güclendiyinden uşaqlıq yolunda sekresiya artır. Bu da eroqen yerlerde hissiyyatın güclenmesine, qadının orqazm qabiliyyetinin artmasına sebeb olur. Statistika gösterir ki, qadınların çoxu orqazmın ne olduğunu mehz hamileliyin ikinci rübünde anlayırlar. Odur ki. fürseti elden vermeyin. Son 3 ayda yeniden problem yarana biler. Qarınları böyüyen qadınlar çox vaxt çekinir, özlerini cazibedar hesab etmirler. Bezilerinde yeniden toksikoz başlayır. Bes erinizin cinsi istekleri… Her şey tereflerin özünden-xüsusiyyetinden asılıdır. Sevdiyi qadının hamileliyi kişini yumşaltmaqla yanaşı mesuliyyet hissini artırır. Axı cemi bir neçe aydan sonra onun statusu tamamile deyişecek—ata olacaq. Odur ki, yoldaşınızın sekse marağının azalması sizi qorxutmasın. Nezere alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamileliyin normal keçmesi onu da maraqlandırır ve bezen kişiler de gelecek körpelerini incitmekden çekinirler. Her bir kişi, açıq demese de, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamileliyi kişini sevindirmekle yanaşı, daha ehtiyatlı edir. Bu da sekse tesir gösterir. Hem de bilin ki, qadınlar hamilelikle bağlı deyişiklikleri daha tebii qarşılayırlar. Amma kişi xanımının görünüşünün deyişmesine, yeni zövqüne ve yeni ehvalına daha çetinlikle alışır. Bir şeyi bilmek zeruridir; hamilelik zamanı xüsusile vacib olan aile münasibetlerinde harmoniyanı qorumaqdır. Qarşınızdakının da isteyini nezere alın, özünüze de diqqetli olun. Özünüze çox eziyyet vermeyin. Hamilelik dövründe seks çox da vacib deyil. Qarşılıqlı mehebbeti ifade etmeyin yolu çoxdur!


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 778 Bölmə: Cinsel Bilgiler