beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erkən orqazmın səbəbləri....

Cinsi problemlər arasında ilk yerlərindən birini tutan erkən orqazm əsasən kişilərdə üstünlük təşkil edir. Erkən orqazmın qarşısını bir çox xüsusi dərman vasitələri ilə almağa çalışırlar lakin orqazm sinir sistemi ilə əlaqəli bir proses olduğu üçün orqazmı gecikdirən dərman vasitələrinin istifadəsi bəzi əlavə təsirlərə səbəb ola bilər. Mütəxəsislər erkən orqazma səbəb olan amillər arasında psixoloji problemlərin də yer aldığını qeyd edirlər.

Erkən orqazm əsasən aşağıdakı səbəblərdən meydana gələ bilər.

• Yetkinlik dövründə qaydasız mastrubasiyalar
• Cinsi əlaqədə təcrübəsizlik
• Yorğunluq, əsəbilik və həyəcan
• Həddən artıq cinsəl istəkdən yaranan gərginlik
• Qarşı cinsin və ya özünüzün istəksizliyi
• Prostat problemlər

Elm adamları erkən orqazmın qarşısını dərman vastələrindən istifadə etmədən almağın mümkünlüyünü qeyd edirlər.Bunun üçün isə onlar aşağıdakı qayalara riayyət etməyin vacibliyini vurğulayırlar.

• Cinsi əlaqə zamanı əgər həyəcanlanırsınızsa çalışın başqa şeylər məsələn gün ərzində nə etdiyinizi və.s. fikirləşin.
• Psixoloq məsləhətlərindən istifadə edin
• Cinsi əlaqə zamanı yalnız özünüzü yox qarşınızdakı insanın də tələblərini anlamağa çalışın
• Cinsi əlaqə zamanı hərəkətinizə bir neçə saniyə fasilə verib sonra yenə davam edin

Mütəxəsislər bu üsullarla erkən orqazmın gecikdirilməsinin mümkün olduğunu vurğulayırlar.


Tarix: 16.01.2015 / 10:52 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Cinsəl sağlamlıq