beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Microsoft” u səhv çıxaran 5 yaşlı uşaq

Amerika Birləşmiş Ştatlarında yaşayan beş yaşlı uşaq- Kristoffer Von Hassel atasının Xbox Live adresinin parolunu bilmədiyi halda onun hesabına daxil olmağı bacarıb. Bunun üçün isə o hər hansısa xakker proqramından istifadə etməyib. Bəs beş yaşlı bunu necə bacarıb?
O sadəcə olaraq atası kompyuter masasını tərk etdikdən sonra onun kompyuteri ilə oynamağa başlayıb. Bu vaxt dəfələrlə klaviaturadakı boşluq düyməsinə vuran Kristoffer bunun ardınca açılan pəncərədə təsadüfi şriftlərdən istifadə edərək hər hanısa bir parol yığıb və təsdiq düyməsini basıb. Nəticədə isə o özü də nə etdiyini bilmədən atasının Xbox Live adresinə daxil ola bilib. Bundan xəbərdar olan uşağın atası isə Microsoft şirkətinə zəng edərək vəziyyət barədə lazımlı şəxslərə məlumat verib.
Mövcud problemi aradan qaldırmaq üçün dərhal işə başlayan şirkət nümayəndələri tez zamanda təhlükəsizlik sahəsində olan bu nasazlığı aradan qaldırıblar. Daha böyük fəsadlara yol açmadan körpənin bu faktı aşkarlamaqda onlara yardımçı olduğu üçün beş yaşlı uşaq şirkət tərəfindən 50 dollar pul və limitsiz internet oyunlarına abunəlik kuponu hədiyyə edib.


Tarix: 07.01.2015 / 12:28 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Biznes klass