Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Biznes klassHəvəslə işləməyin yolları

Həkimlər bildirirlər ki, müasir dövrdə stres və həyəcan insanların ömrün qısaldan əsas faktorlardan hesab edilir. Günün 8 saatını işləyən insan əksər hallarda işdə bir çox problemli vəziyyətlərlə rastlaşır ki, bu da onun psixoloji vəziyyətinə öz mənfi təsirini göstərir. Buna görə də mütəxəssislər işdə stresdən uzaq olmaq üçün müxtəlif təkliflər irəli sürürülər. Bu təklifləri aşağıdakı kimi qruplaşdırmaq olar:

Sevdiğiniz insanlara zəng vurun: Stres işə adaptasiya olmağınıza mane olur, bu səbəbdən də işin məhsuldarlığı aşağı düşür. Bu zaman inadlı şəkildə çalışmağı, hansısa bir işin öhdəsindən gəlməyi qarşınıza məqsəd qoymağınız ağılabatan variant deyil. Bunun əvəzində daha yaxşı olar ki, işinizə bir neçə dəqiqəlik fasilə verib Ardı »

Biznes klassAktiv işləmək üçün bu qidaları seçin

Sərt iş qrafiki, uzun-uzadı davam edən iclaslar istər-istəməz gündəlik qidalanma qrafikimizə təsir edir. Nəticədə gündəlik qida rasionumuza tez başa gələn, amma bir o qədər də zərərli qidaları daxil edir, bunun nəticəsində isə get-gedə əvvəlki görünüşümüzü itirir və kökəlirik. Bu kimi hallarla qarşılaşmamaq üçün əlbəttə ki, iş qrafikinin nə qədər sərt olmasından asılı olmayaraq qidalanmağımıza fikir verməliyik. Bu dəfəki məqalədə sizə iş mühitində daim çəkməcəmizdə saxlamalı olduğumuz çərəzlər haqqında məlumat verəcəyik. Oxuyun və çalışın ki, siz də mümkün olduğu qədər fast-foodlar əvəzinə adıçəkilənlərə üstünlük verəsiniz.

Ərik qurusu
Başda ürək əzələləri olmaqla bütünlüklə əzələ sisteminin və sinirlərin işini sürətləndirir. Nəticədə daha gümrah formada işləməyimizə Ardı »

Biznes klassPeşə seçəndə kişi kimi seçin

Sevdiyimiz, eyni zamanda məvacibi yaxşı olan bir peşədə çalışmaq çoxlarımızın arzususdur. Ancaq təəssüflər olsun ki, belə iş axtararkən çox vaxt müxtəlif problemlərlə rastlaşırırq. İndi sizə peşəkar sosioloq və peşə orientasiyası mütəxəssislərin məsləhətləri əsasında hazırlanan bir məqalə təqdim edirik və inanırıq ki, onların məsləhətləri sizə bu sahədəki problemlərinizin öhdəsindən gəlməkdə kömək edəcək.

Peşə seçimini necə etməliyik? İş tapmaqda əsas problemlər və onların həll yolları.

Valideynləriniz sizin əvəzinizə düşünür.

Valideynlər həmişə kontrolu öz əllərində saxlamağa çalışırlar, çünki onlar hər şeyi sizdən daha yaxşı bacardıqlarını düşünürlər. Amma çox vaxt onların “mən sənin yaxşılığını düşünürəm” məsəlini əsas gətirərək tapdığı iş sizin maraqlarınıza uyğun gəlmir. Belə bir problemlə Ardı »

Biznes klassBu proqram sizi idarə edəcək

Komputer istehsalçısı olan “Dell” şirkəti 2017-ci ildən etibarən yeni proqramlar istehsal etməyə başlayacaq. Bu proqramların ən böyük üstünlüyü isə onların istifadəçinin psixoloji, ruhi vəziyyətini anlaması və buna uyğun davranması olacaq.

“Dell” tədqiqat qrupunun rəhbəri Jai Menon bu yeni proqram və başa taxılan cihazla beyin dalğalarını müəyyənləşdirib istifadəçinin şən, kefsiz, əsəbi yaxud sıxılmış olduğunu anlamağın mümkün olacağını söyləyib. Onun sözlərinə görə, əgər istifadəçi müəyyən bir mövzuya diqqətlə yanaşırsa, bu zaman proqram onun diqqətini yayındıra biləcək şeyləri əngəlləməyə başlayacaq. Məsələn, gələn zəngləri telesekretara yönləndirəcək və.s.

Əgər istifadəçi uzun müddətdir bir işin üzərində çalışırsa və yorulubsa, komputer ona fasilə verməyi tövsiyyə edəcək. Eyni zamanda oyun oynayan Ardı »

Biznes klassGünahkar hiss etdirən peşələr

Həftəlik maqazin jurnalı olan “Vanity Fair” apardığı bir araşdırmadan sonra dünyadakı ən sıxıcı, arzuolunmaz peşə sahələrinin siyahısnı təqdim edib. Bu nəticəyə gəlmək üçün müxtəlif müəssisə işçiləri və özünə uyğun peşə tapmadığı üçün hazırda heç bir yerdə çalışmadığını bildirən insanlar arasında sorğu keçirib.
Bu sorğudan əldə edilən nəticələrə görə iş yerlərindən, gördükləri işdən ən çox narazı olanlar əsas aşağıdakı vəzifələrdə çalışırlar: fast-food mağazalarında satıcı, barmen və reseption xidmətində.

Fasd food satıcıları
Onların öz işlərini sevməməsinin əsas səbəbi gün ərzində insanların sağlamlığına ziyan vurmaqla məşğul olduqlarını düşünmələridir. Sorğuda iştirak edən satıcılar bildiriblər ki, bu yeməklərin necə hazırlandığını gördükdən sonra onu insanlara xeyirli məhsulmuş kimi təqdim etmək Ardı »

Biznes klassXasiyyətinizə uyğun iş yeri seçin

İnsanın özünü tanıması, zəif və güclü tərəflərini bilməsi onun istəklərinin, arzularının formalaşmasında xüsusi rol oynayır. Öz gücünə bələd olan insan eyni zamanda hansı peşənin ona daha uyğun olduğunu müəyyənləşdirə bilir. Mütəxəssisləri sözlərinə görə, peşə seçimi insanların xasiyyətindən aslı olaraq da dəyişə bilir. Bu mövzuda aparılan araşdırmalar nəticəsində məlum olub ki, xasiyyətcə sakit insanlar daha çox ünsiyyət bacarığı tələb edən işlərdə, aktiv həyat tərzini sevən insanlar isə passiv iş şəraitində özlərini narahat hiss edirlər. Nəticədə isə tez zamada bu sahədəki karyeralarını yekunlaşdırır və yeni iş axtarışına başlayırlar. Siz də peşə seçimində bu cür problemlərlə qarşılaşmaq istəmirsinizsə, xasiyyətinizə uyğun olan peşələri seçməyə çalışın. Ardı »

Biznes klassİş həyatına rəng qatmağın yolları

Gördüyümüz işi nə qədər sevməyimizdən asılı olmayaraq stress altında işləmək hər birimizi yora, işdən bezdirə bilər. Bu kimi hallarla rastlaşmamaq üçün daim işimizə rəng qatmağa çalışmalıyıq. Unutmayaq ki, gün ərzində əhvalımızı idarə etmək bilavasitə özümüzdən aslıdır.
Bunun üçün hər şeydən əvvəl yola çıxarkən əhvalınızı müsbətə kökləyin. Günə yaxşı başlamaq üçün o qədər çox hazırlaşmağınıza ehtiyac yoxdur. Səhər ən sevdiyiniz, amma bir o qədər də rahat geyiminizi geyinib ayna qarşısında özünüzə gülümsəyin. Unutmayın ətrafdakılara təsir etməyin ən asan yolu özünə inanmaqdır. Nə olur olsun, özünüzə inanın. Səhər yeməyindən sonra artıq yola çıxa bilərsiniz. Əgər musiqi dinləməyi sevirsinizsə, yolda ən çox sevdiyiniz pozitiv musiqilərə Ardı »

Biznes klassƏn çox istifadə olunan şifrələr

Günü-gündən internetdən istifadə edən insanların sayı artdığı kimi virtual xakkerlərin də sayı artır. Bir evə oğru girməsinin qarşısını almaq üçün möhkəm qapı, təhlükəsiz qıfıl nə qədər vacibdirsə, virtual mühitdə də şifrələr ən az o qədər əhəmiyyətlidir. Xüsusən də son illər aktiv fəaliyyət göstərən xakkerlərin sayının artması bu məsələni daha da aktuallaşdırıb.
Amerikanın proqram və araşdırma sahəsində mütəxəssisləşmiş “SplashData” şirkəti keçən il xakkerlərin asanlıqla sındıra bildikləri təhlükəli şifrələrin siyahısını açıqlayıb. Bunlar virtual dünyada ən çox istifadə edilən kodlardır, amma təhlükəsizlik baxımından onların istifadəsi qətiyyən məsləhət görülmür. Bu şifrələri aşağıdakı kimi sıralaya bilərik.
1. 123456
2. password
3. 12345678
4. qwerty
5. abc123
6. 123456789
7. 111111
8. 1234567
9. iloveyou
10. adobe123
11. 123123
12. Ardı »