beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gövdə,zoğ,tumurcuq

Gövdə: Bitkinin ən mühüm vegetativ orqanlarından biri gövdədir.Yerləşdiyi mühitdən asılı olmayaraq üzərində normal və ya şəkil dəyişmiş yarpaq və tumurcuqlar yerləşən bitki orqanına gövdə deyilir.Əsas funksiyası bitkilərin digər orqanları arasında əlaqə yaratmaqdır.
Gövdənin yarpaqla örtülü cavan hissəsinə zoğ deyilir.Yarpağın zoğa birləşdiyi yer buğum , zoğun iki qonşu buğumu arasındakı hissəsi isə buğumarası adlanır.
zoğ,bitki zoğunun quruluşu

Tumurcuqlar:
Tumurcuqlar gövdənin özərində tutduqları mövqeyə görə iki qrupa bölünür: Təpə tumurcuqları və yan tumurcuqlar.
Istər təpə tumurcuqları , istərsə də yan tumurcuqlar yarpaq qoltuğunda yerləşdiyi üçün qoltuq tumurcuqları adlanır.Bu tumurcuqlar böyüyərək gövdənin yuxarı və yanlara doğru boy atmasını təmin edir. Bəzən bu tumurcuqlara , bir və ya bir neçə il inkişafdan qaldıqları üçün yatmış tumurcuqlar da deyilir. Yarpaqlarda olduğu kimi qoltuq tumurcuqları da gövdədə növbəli ,qarşı-qarşıya və topa halında yerləşirlər. Məsələn , albalı tozağacı, meşəgilası , fındıq və s. bitkilərdə tumurcuqlar növbəli ; nanə, reyhan, yasəmən və s bitkilərdə qarşı-qarşıya; qatırquyruğu, qarğagözü bitkisində isə topa halında yerləşir.
tumurcuqlar: vegetativ və generativ tumurcuqlar


Tumurcuqlar xaricdən pulcuqla örtülmüşdür. Tumurcuğun mərkəzində çox kiçik gövdə və yarpaq başlanğıcı, başqa sözlə desək yarpaqlı gövdə başlanğıcı yerləşir. Zoğ başlanğıcı ətrafında yarpaq başlanğıcları olan tumurcuqlara yarpaq tumurcuqları, qönçə başlanğıcları olan tumurcuqlara isə çiçək tumurcuqları deyilir.Yarpaq tumurcuğunda yarpaq, çiçək tumurcuğundan isə çiçək əmələ gəlir.Gövdənin lap ucu böyümə konusu adlanır.
tumurcuğun hissələri>
Gövdənin quruluşu
Ağac gövdəsinin eninə kəsiyində qatların ardıcıllığı və funksiyaları:gövdənin quruluşu
Qabıq (mərciməklər, dəricik, mantar): müdafiə, tənəffüs və üzvi maddələrin daşınması.
Floema: Qabığın yaşıl hüceyrələri arasında yerləşir, gövdəyə möhkəmlik və elastiklik verir, yarpaqlarda əmələ gələn üzvi maddələri bütün orqanlara çatdırır.
Kambi: oduncaqla qabıq arasında yerləşir, gövdənin eninə böyüməsini təmin edir
Oduncaq: kambi qatının altında yerləşir, su və qida həll olunmuş mineral maddələrin daşınmasını təminedir.
Özək: Ehtiyat qida maddələrinin toplanmasını yerinə yetirir.
Maddələrin gövdədə hərəkəti
Kök tərəfindən udulmuş su və mineral maddələr oduncaq hissəsi ilə yuxarı qalxaraq bitkinin yarpaq, çiçək , meyvə və toxumlarına daxil olur.
Bunu təcrübə ilə yoxlayaq: Hər hansı bir ağacın yarpaqlı budağını içərsində rənglənmiş sü olan qaba qoyaq. Bir neçə gündən sonra budağı sudan çıxardaq və onu bir neçə yerdən kəsək. Bu zaman görəcəyik ki,budağın oduncağı rənglənmişdir. Bundan belə nəticə çıxır ki, su və suda həll olmüş mineral maddələr gövdənin içərisindəki oduncaq boru ilə yuxarıya doğru hərəkət edir.Yarpaqların saplağını və damarlarını kəssək, orada da rəngli suyun olduğunu görərik.
Deməli, gövdə vasitəsi ilə yuxarı qalxan su və onda həll olmuş maddələr yarpağın saplağı və damarlarındakı borucuqlarla hərəkət edir.
Bitkinin yarpaqlarında fotosintez prosesi nəticəsində üzvi maddələr(qlükoza) əmələ gəlir. Bəs əmələ gəlmiş bu üzvi maddələr hansı yollarla yarpaqlardan bitkinin digər üzvlərinə paylayır?
Belə bir təcrübə edək: Yaz fəslində bir söyüd budağının qabığını halqa şəklində kəsək .Sonra həmin halqanı çıxardaq, bu zaman oduncaq görünəcəkdir. Bir neçə gündən sonra qabığın soyulmuş yerinin yuxarısında fir əmələ gəldiyini görəcəyik. Bu göstərir ki, yarpaqlarda əmələ gələn üzvi maddələr yarpaqlardan gövdənin qabığına keçir və qabıqla aşağıya doğru hərəkət edir. Maddələr hərəkət edərkən qabığın halqa şəkində kəsilmiş yerinə çatır və daha aşağı enə bilməyib orada fır əmələ gəlməsinə səbəb olur.
Müəyyən edilmişdir ki bu üzvi maddələr qabıqdakı floema boruları vasitəsi ilə hərəkət edir.
Gövdələrin növləri, zöğun şəkildəyişmələri.
Yerüstü gövdələr öz istiqamətlərinə görə bir neçə qrupa bölmək olar:
* Dikduran gövdələr: dayağa söykənməyib müstəqil olaraq dik qalxır. Məsələn, ağaclar, taxıllar və s.
* Sərilən gövdələr: böyüyəndə yerə sərilir. Məsələn .qabaq fəsiləsi və s.
* Sürünən gövdələr: böyüyəndə yer ilə sürünürlər. Məsələn ,çəmənçayı ,qaytarma ,ciyələk və s.
* Sarmaşan gövdələr: dayağa sarmaşıb yuxarı qalxırlar. Məsələn,lobya, maya sarmaşığı və s.
* Dırmaşan gövdələr: dayağa tutunub yuxarı qalxırlar. Məsələn ,daş sarmaşığı və s.
Sarmaşan və dırmaşan gövdəli bitkilərə lianlar deyilir.
Qeyd: Sərilən gövdələrdən fərqli olaraq sürünən gövdələr torpaqla təmas edən buğumlarından torpağa kök atırlar.
Zoğun yerüstü metamorfozları

Aid olduğu bitkilər

1. Sukkulent

Kaktuslar, şoran bitkilərinin bir çoxu

2. Bığcıqalr

Bəzi lianlarda təsadüf edilir (üzüm, qabaq, fəsiləsi)

3. Tikanlar

Nar , yemişan


Tarix: 08.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 96 Bölmə: Biologiya