beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə Deyim Saçını Kəsdirdin Gülüm?!

Nə deyim saçını kəsdirdin gülüm?

O gün gəlməyəydin görüşə barı.

Kəsdirdin, ayaqlar altına düşdü.

Qumral saçlarının qıvırcıqları.



Hər buruq telinə can demişəm mən.

Saçını nə qədər iyləmişəm mən,

Mənim toxunduğum qara tellərin,

Kəsdirib ayaqlar altına atdın.



Sən saç uzatdığın neçə illəri

Düzünü söyləsək bir günə satdın.

Sənin saçlarını axı neçe il.

Sıxıb qərq etmişəm mən öpüşlərə.

Düşünsən sevgilim saçların deyil.

Mənim öpüşlərim atılmış yerə


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Bextiyar Vahabzadə