beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əşrəf Həsənov

Əşrəf Həsənov - dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri.

Həyatı

1909-cu il yanvarın 24-də Xankəndinin Daşkənd qəsəbəsində dünyaya göz açmışdır. Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə ("Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (J. Bize) və s.) dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur.

Azərbaycan radio komitəsi nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir.


Tarix: 29.01.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Bəstəkarlar Və Müğənnilər