beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsa Məlikov

İsa Məlikov — Azərbaycan bəstəkarı və musiqi prodüseri.

Həyat və yaradıcılığı

İsa Məlikov 21 oktyabr 1980-ci ildə Bakı şəhərində anadan olub.

1987-ci ildə o, 189 saylı orta məktəbə qəbul olur.

1990-cı ildə Vaqif Mustafazadə adına 1 saylı musiqi məktəbinə qəbul olur.

1995-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə qəbul olur.

1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuş və 2001-ci ildə həmin universiteti xalq çalğı alətləri orkestrinin dirijoru ixtisası üzrə qırmızı diplomla bitirmişdir.

2003-cü idə incəsənət magistri dərəcəsini alır.

2004-cü ildə Britaniya Bəstəkarlar və Nəğməkar-şairlər Akademiyasının üzvlüyünə qəbul olunur.

2008-ci ildə "Bakı Musiqi Fabriki" prodüser mərkəzini yaradır və onun baş prodüseri olur. İsa Məlikovun rəhbərliyi ilə "BMF" prodüser mərkəzinin ilk məhsulu "Avroviziya – 2009" Beynəlxalq mahnı müsabiqəsində üçüncü yer tutmuş Aysel Teymurzadə oldu.

2009-cu ildə Azərbaycanda ilk rəsmi rekord-leybli olan "BMF Records" təşkil edir.

Bir çox musiqili layihələrin ideya müəllifi, bir çox xitlərin, kinofilmlərə bəstələnmiş musiqilərin müəllifidir. İsa Məlikovun mahnılarını Azərbaycan estradasının ən parlaq ulduzları - Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Röya Ayxan, Elnarə, Elşad Xose, Manana, İradə İbrahimova, Sevda Ələkbərzadə və başqaları ifa edirlər.


Tarix: 29.01.2013 / 14:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 309 Bölmə: Bəstəkarlar Və Müğənnilər