beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyal Əfəndiyev

Bəstəkar. Kino bəstəkarı. Səs rejissoru.

Həyatı

Gənc bəstəkar ilk musiqi təhsilini 1994-99 cu illerde 34 saylı uşaq musiqi məktəbinin qarmon sinfində almışdır. Daha sonra təhsilini 2000-04 cü illərdə Asəf Zeynallı adına musiqi texnikomunda davam etdirmişdir. Oranı nəzəri musiqi fənnləri müəllimi ixtisası ilə bitirən Xəyal artıq kütləyə çatdırılmış bir neçə mahnının müəllifi idi. Onun ilk uğuru 2000-ci ildə “səbuhi” studiyası tərəfindən buraxılmış, “dözmərəm” albomu olmuşdur. Daha sonra 2003-cü ildə “spase” telekanalında yayımlanan “sing your song” mahnı müsabıqəsində bəstəkarın “ata” mahnısı (ifaçı Sima Qasımova) 1-ci yerə layiq görülmüşdür. 2006-cı ildə isə karate federasiyasının lentə aldırdığı bədii filmin (şeytanın tələsi) musiqilərini bəstələmişdir. Beləliklə bu günkü günədək bəstəkarın mahnıları müxtəlif müğənnilər vasitəsi ilə kütləyə çatdırılmaqdadır.

Filmoqrafiya
Şeytanın tələsi (film, 2006)


Tarix: 29.01.2013 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Bəstəkarlar Və Müğənnilər