beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfa Qəhrəmanov

Səfa Qəhrəmanov - Azərbaycanın xalq artisti.

Həyatı

Səfa Qəhrəmanov 1949-cu il 30 mart-da Ağcabədidə anadan olub. 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif işi fakültəsini bitirib. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa edib. Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi. Teatrdakı on altı illik fəaliyyəti ərzində bir sıra milli operalarda - Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnun, İbn Səlam, Məcnunun atası, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında Şeyx, V. Adıgözəlovun “Natəvan” operasında xanəndə, Niyazinin “Rast” baletində xanəndə kimi obrazlar yaradıb. Səfa Qəhrəmanov 2000-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti adına layiq görülüb.

5 may 2008-ci ildə vəfat edib.


Tarix: 28.01.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Bəstəkarlar Və Müğənnilər