beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Riçard Marks

Riçard Noel Marks (ing. Richard Noel Marx) — ABŞ müğənnisi, bəstəkarı və musiqi prodüseri.Mündəricat
1 Həyatı
2 Şəxsi həyatı
3 Diskoqrafiya
3.1 Studiya albomları
3.2 Kompilyasiya albomları
3.3 Reklam albomları
3.4 Qeyri-rəsmi albomları


Həyatı

Riçard Noel Marks 16 sentyabr 1963-cü ildə anadan olmuşdur.

1980-ci illərin ortalarında artıq Marksın səsini Madonna və Uitni Hyuston kimi tanınmış müğənnilərin konsertlərində eşitmək olardı. Layonel Riçinin məşhur hiti olan "All Night Long" mahnısının (1984) səsyazması vaxtı onlar birlikdə oxumuşdular. O zaman Riçard Marks əvvəlcə "Chicago" qrupunun və Kenni Rocersin oxuduqları mahnıları yazmağa başladı.

1987-ci ildə Marksın ilk albomu işıq üzü gördü. Bu albom fəaliyyətə yenicə başlayan müğənnini ulduza çevirdi. Tezliklə onun üç kompozisiyası: "Hold On to the Nights", "Satisfied" və "Right Here Waiting" ABŞ-ın rəsmi hit-paradı olan "Billboard Hot 100"-da yüksək pillələrdə yer tutdu.

1990-cı illər ərzində tamaşaçılar Marksın solo ifasından tədricən soyumağa başladı. Çünki o, yenidən artıq məşhurlaşmış başqa ifaçılar üçün mahnı yazmağa başlamışdı. Məsələn, o, Sara Braytman üçün "The Last Words You Said" kompozisiyasını yazmış və prodüserliyini etmişdir. 1999-cu ildə o, bu mahnını Sara ilə duet şəklində ifa etmişdir. Marks həm də 2000-ci ildə Coş Qroban üçün "To Where You Are" mahnısını yazmışdır.

2004-cü ildə təşkil olunan 49-cu "Qremmi" mükafatının təqdimetmə mərasimində Marks ən nüfuzlu nominasiyalardan biri olan "İlin mahnısı" nominasiyası ilə mükafatlandırıldı. Bu mükafat ona Lüter Vandrossun ifa etdiyi "Dance with My Father" mahnısının müəllifi olduğu üçün verilmişdir.

Şəxsi həyatı

Riçard Marks 8 yanvar 1989-cu ildə müğənni, rəqqasə və aktrisa Sintiya Rodsla evlənmişdir. Rods "Sağ qalmaq" (1982) və "Parlaq rəqs" (1983) filmlərində çəkilmiş və mahnı ifa etmişdir. Üç oğulları var: Brendon (təvəllüdü: 1990), Lukas (təvəllüdü: 1992) və Cessi (təvəllüdü: 1994).

Diskoqrafiya

Studiya albomları
Richard Marx (1987)
Repeat Offender (1989)
Rush Street (1991)
Paid Vacation (1994)
Flesh and Bone (1997)
Days in Avalon (2000)
My Own Best Enemy (2004)
Emotional Remains (2008)
Sundown (2008)

Kompilyasiya albomları
Ballads (1994)
Greatest Hits (1997)
The Best Of Richard Marx (2000)
The Essential Richard Marx (2000)
Timeline (2000)
Duo (2008)
Stories to Tell (2010)
Hits & Ballads (2010)
Inside My Head (2012)

Reklam albomları
Marx (1991)
Greatest Hits (1993)
His Songs, Your Life (1997)
The Music of Richard Marx: 1987–2009 (2009)

Qeyri-rəsmi albomları
Live in USA 1988/92 (1992)
Live Music Hall Koln 1992 (1992)


Tarix: 27.01.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 298 Bölmə: Bəstəkarlar Və Müğənnilər