beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Red Hot Chili Peppers

Red Hot Chili Peppers – alternativ, funk və pank stillərində oxuyan ABŞ rok qrupu.Mündəricat
1 Qrupun Tarixi
2 Qrupun Üzvləri
2.1 Qrupun Halhazırki Üzvləri
2.2 Qrupu tərk etmiş üzvlər
3 Diskoqrafiya
4 Xarici keçidlər


Qrupun Tarixi

Qrup 1983-cü ildə 4 yaxın dost tərəfindən təşkil olunub. Qrupun təşkilatçıları olan 4 yaxın dostun hamısı Fairfax High School ali məktəbində tanış olmuşdular. Hillel Slovak, Anthony Kiedis, Flea və Jack Irons birlikdə yığışaraq Rhythm Lounge-da olmalı çıxışlarına hazırlaşırdılar. Onlar burda yalnız "Out in L.A." adlı mahnılarını ifa etdilər və bu mahnı onların sonraki canlı konsertlərində açılış mahnısı kimi istifadə olunurdu.

Hillel Slovak 1988-ci ildə vəfat edir. Onun ölümündən sonra Jack Irons qrupu tərk edir. Sonradan o Pearl Jam qrupuna üzv olur. Anthony və Flea qrupun fəaliyyətini davam etdirmək qərarına gəlir və qrup üçün yeni üzvlər axtarırlar. Qrupa 18 yaşlı və çox istedadlı gitarist John Frusciante və təcrübəli zərbçi Chad Smith qoşulurlar. Və bundan sonra qrup böyük şöhrət qazanır.

Qrupun Üzvləri

Qrupun Halhazırki Üzvləri

Anthony Kiedis (01.11.1962 Grand Rapids, Miçiqan, ABŞ)

Michael Balzary "Flea" (16.10.1962 Melburn, Avstraliya)

John Frusciante (05.03.1970 Nyu-York, Nyu York, ABŞ)

Chad Smith (25.10.1961 St. Paul, Minnesota, ABŞ)

Qrupu tərk etmiş üzvlər

Jack Irons (18.07.1962 Los Anceles, Kaliforniya, ABŞ)

Hillel Slovak (13.05.1962 Haifa, İsrail – 25.06.1988 Los Angeles, Kaliforniya, ABŞ)

Diskoqrafiya

Qrupun indiyə qədər buraxdıqları albomlar:
Red Hot Chili Peppers – 1984
Freaky Styley – 1985
The Uplift Mofo Party Plan – 1987
Mother's Milk – 1989
Blood Sugar Sex Magik – 1991
What Hits!? – 1992
One Hot Minute – 1995
Californication – 1999
By the Way – 2002
Greatest Hits – 2003
Stadium Arcadium – 2006


Tarix: 27.01.2013 / 15:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 202 Bölmə: Bəstəkarlar Və Müğənnilər