beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyazi

Niyazi Tağızadə – Hacıbəyov (Knyaz Hacıbəyov) – məşhur azərbaycanlı dirijor və bəstəkar.Mündəricat
1 Həyatı
1.1 Ailə faciəsi
2 Yaradıcılığı
3 Mükafatları
4 Dirijorluq
5 Mükafatlar
6 Nəsil ağacı
7 Filmoqrafiya
8 Həmçinin bax
9 Xarici Keçid
10 İstinadlar


Həyatı

Niyazi Zülfüqar oğlu Tağızadə – Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olmuşdur. Çox kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə də musiqiə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir. Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat etmişdir.

"Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir.

Ailə faciəsi

Dahi sənətkar, maestro Niyazinin ailə faciəsi oğulluğu Ceyhunla bağlıdır. Niyazi və onun həyat yoldaşı Həcər xanımın övladları olmadığından yaxın qohumlarından birinin uşağını oğulluğa götürürlər. Böyük sevgi ilə qəbul olunan bu oğlan böyüdükcə onların bu hissini peşmançılıqla əvəzləyir. Ceyhun onların başına min bir oyun gətirir. Narkotik aludəçisinə çevrilərək evdəki bütün qiymətli əşyaları oğurlayaraq satır. Günlərin birində isə ən dəhşətli hadisə baş verir. Narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini ala bilməyəndə Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır. İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyaları və əlyazmalarının çoxunun olmamasına səbəb də məhz budur. Muzey yaradılmazdan əvvəl, 1984-90-cı illər ərzində maestroya məxsus olanlar pərakəndə şəkildə ayrı-ayrı qurumlara verilib, bəzilərinin isə ümumiyyətlə taleyi bilinmir. Maestronun həmişə barmağına taxdığı brilyant qaşlı üzüyü, Almaniyada ona hədiyyə olunan qızıldan hazırlanmış dirijor çubuğu da yoxdur. Müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun sonrakı, elə indiki aqibəti isə heç kimə məlum deyil. Həcər xanım xatirələrində bir dəfə də olsun, oğulluğunun adını çəkməyib[1].

Yaradıcılığı

Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1951 – 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbulOpera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A.Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

Mükafatları

Niyazi 1967-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1972-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı olmuşdur. Niyazi məşhur hind filosofu R.Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazmışdır. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur. 1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunmuş, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Fəaliyyəti dövründə Niyazi 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, Bolqarıstanın Kirill və Mefodi ordeni, Macarıstanın B.Bartok adına medalı ilə təltif edilmiş, 1982-ci ildə Tbilisinin fəxri vətəndaşı seçilmişdir.

Dirijorluq

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.

Mükafatlar

Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülüb. Bundan başqa o, SSRİ Dövlət mükafatına və "Çitra" baletini yaratdığına görə Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görülüb.

Nəsil ağacı

Hacıbəy Molla Məhəmməd oğlu Mirzə Əbdülhüseyn bəy Hacıbəyov
(1842—1901)



İsmayıl bəy Hacıbəyov
(1879—1921) Sayad Hacıbəyova
(1872—1954)Abuhəyat xanım Hacıbəyova
(1880—1951)Zülfüqar bəy Hacıbəyov
(1884—1950) Üzeyir Hacıbəyov
(1885—1948) Ceyhun Hacıbəyli
(1891—1962)



Soltan Hacıbəyov
(1919—1974) Niyazi
(1912—1984)Çingiz Hacıbəyov
(1913—1971)Ceyhun
(1919—1941)Timuçin
(1921—1993)



İsmayıl Hacıbəyov
(1949—2006)





Filmoqrafiya
Almaz (film, 1936)
Arazın o tayında (film, 1947)
Arşın mal alan (film, 1945)
Axşam konserti (film, 1948)
Bəstəkar Müslüm Maqomayev (film, 1977)
Bəxtiyar Vahabzadə (film, 2003)
Bir məhəllədən iki nəfər (film, 1957)
Bir qalanın sirri (film, 1959)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Doğma xalqıma (film, 1954)
Əsl dost (film, 1959)
Fətəli xan (film, 1947)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
İyirminci bahar (film, 1940)
Kəndlilər (film, 1939)
Kölgələr sürünür (film, 1958)
Liderlik missiyası. 1-ci hissə (film, 2008)
Maestro (film, 2002)
Maestro Niyazi (film, 1975)
Maestro Niyazi (film, 1983)
Maestro Niyazi (film, 2007)
Mahnı belə yaranır (film, 1957)
Matteo Falkone (film, 1960)
Mədəniyyət salnaməsi. Əbülfət Əliyev (film, 2004)
Nəğməkar torpaq (film, 1981)
O qızı tapın (film, 1970)
Ordenli Azərbaycan (film, 1938)
Prima (film, 1992)
Sehrli xalat (film, 1964)
Tikdim ki, izim qala (film, 1997)
Tikdim ki, izim qala. III film (film, 1998)
Türk qadınının baharı (film, 1936)
Uzaq sahillərdə (film, 1958)
Üzeyir ömrü (film, 1981)
Yaşasın Azərbaycan artistləri (film, 1938)
Yeni horizont (film, 1940)


Tarix: 27.01.2013 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 934 Bölmə: Bəstəkarlar Və Müğənnilər