beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nensi Acram

Nensi Acram — Ərəb müğənnisi

Həyatı

16 may 1983-cü ildə Beyrutun Əl-Əşrəfiyə məhəlləsində anadan olub. Nəbil Acram və Raymonda Oun cütlüyünün iki qızından ilkidir. Dörd yaşından etibarən duyduğu hər musiqi parçasını təkrar etməyə başladı. Səkkiz yaşındaykən Livan Televizyasının hazırladığı uşaq mahnı yarışmasında ekranlarda göründü. On iki yaşındaykən "Gələcəyin ulduzları" yarışmasında Ümmü Gülsümdən söylədiyi mahnıyla qızıl medal qazandı.

Daha sonra Livanın tanınmış musiqiçilərindən nəzəriyyə dərsləri aldı. On səkkiz yaşında olmamasına rəğmən, möhtəşəm səsi və istisna istedadı ilə musiqi dairələrində tanındı. 1998-ci ildə ilk albomu "Muhtacalək (Sənə möhtacam)", 2001-ci ildə ikinci albomu "Şil Ayunek Anni (Gözlərini məndən çək)" işıq üzü gördü. İlk xit mahnısı 2003-cü ildə "Ya Salam" albomundakı mahnı oldu. Həmin zamandan parlamağa başladı.

Orta Şərq və Ərəb dünyasının son zamanlarda dünyaya bəxş etdiyi ən önəmli ulduzlardan biri olan Nensi, 2007-ci ildə otuz milyondan artıq buraxdığı disklə xeyli qazanc əldə etdi. 2008-ci ildə çıxardığı səkkizinci albomun "Bitfekker fi Eyh (Nəyi düşünürsən?)" ardından, Livanlı diş həkimi Fadi Əl-Haşim ilə ailə qurdu.

Bəzı məşhur mahnıları
Ente Eyh (Ah və Nus albomu, 2004)
Kul Tenikida (Ah və Nus albomu, 2004)
Yatabtab (Yatabtab albomu, 2006)
Ene Yelli (Yatabtab albomu, 2006)
Şahbat Şahabit (uşaqlar üçün xüsusi albom, 2007)
Bitfekker Fi Eyh (Bitfəkkər Fi Eyh albomu, 2008)


Tarix: 27.01.2013 / 14:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Bəstəkarlar Və Müğənnilər