beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nataliya Barbu

Nataliya Barbu — məşhur moldovalı müğənni, skripka ifaçısı.

Həyatı

Nataliya Barbu 22 avqust, 1979-cu il tarixində Moldovanın Beltsı şəhərində anadan olmuşdur. Həmçinin skripka ifaçısı kimi də tanınan Nataliya hazırda SONY BMG şirkəti ilə əməkdaşlıq edir. Yerli “Moldstar”, beynəlxalq müsabiqələr - “Slavyan bazarı”, “Mamamia” və “Yeni dalğa” kimi yarışların mükafatçısıdır. Əsasən pop-rok və qotik-rok janrında mahnılar ifa edir. 2007-ci ildə “Fight” (“Döyüş”) adlı mahnı ilə Moldovanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 109 xal toplayaraq 10-cu olmuşdur.


Tarix: 27.01.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Bəstəkarlar Və Müğənnilər