beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Moris Jarr

Moris Jarr (Maurice Jarre) — bəstəkar.

13 sentyabr 1924-cü ildə Fransanın Lion şəhərində dünyaya göz açmışdır. O, 1952-ci ildə ilk bəstəsini etmişdir. 1960-cı ilin ortalarında ABŞ-da məskunlaşmışdır.

Moris Jarr "Allahın elçisi Məhəmməd" (The Message) filminin musiqisini də bəstələmişdir. 3 övlad atası olan Moris Jarr sonuncu dəfə Berlin festifalında musiqidəki nəaliyyətlərinə görə, "Qızıl ayı" mükafatına layiq görülmüşdür.

Moris Jarr filmlər üçün bəstələdiyi musiqilərinə görə 3 dəfə Oskar mükafatı almışdır. Xərçəng xəstəliyindən əziyyət çəkən bəstəkar 29 mart 2009-cu ildə səhər dünyasını dəyişmişdir.[1]

Filmoqrafiya
Kolleksiyaçı (film, 1965) / The Collector
Qırmızı günəş (film, 1971) / Red Sun
Allahın elçisi Məhəmməd (film, 1976) / The Message
Ruh (film, 1990) / Ghost


Tarix: 26.01.2013 / 13:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Bəstəkarlar Və Müğənnilər