Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mayk Şinoda

Mayk Şinoda – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni və prodüser. Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir.Mündəricat
1 Haqqında
1.1 Linkin Park
1.2 Fort Minor
2 Xarici keçidlər


Haqqında

Kiçik yaşlarından repə və Hip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşı Brad ilə qrup qurmağı qərara alırlar. Daha sonra Robu qruba daxiı edirlər. Daha sonra da Co və Deyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur. Mayk, Linkin Parkın mahnılarının əksəriyyətində rep ifa etdi. Minutes to Midnight albomuna qədər bütün mahnıları Çester ilə birlikdə səsləndirdi. Ancaq bu albomda bəzi mahnıları yalnız özü səsləndirmişdir. Bunlar "Hands Held High", "No Roads Left" və "In Between"dir. Mayk Şinoda həmçinin dünyanın ən yaxşı 100 vokalisti arasında da yer almışdır. 2004-cü ildə Mayk və Rob Depeç Mod ilə birlikdə Depeç Modun "Enjoy The Silence" mahnısını duet etmişdir. Mayk, musiqiylə yanaşı 2010-cu ildə Dark as Day (Qaranlıq gün) filminə çəkilib. Filmdə Mayk, taksi sürücüsü rolunu ifa edib. Mayk Şinoda Anna Şinoda ilə evlidir. Onların bir oğlu vardır. Onun adı isə Otisdir. Fort Minorun Where'd You Go mahnısının sözlərini Maykın həyat yoldaşı Anna yazmışdır. Mayk yapon əsilli atanın və rus əsilli ananın oğludur. Onun atası Amerikada anadan olmuşdur. II Dünya Müharibəsi ərzində əsir düşmüş və həbs edilmişdir.

Linkin Park

Mayk Şinoda, Linkin Parkın qurucularından biridir. Həmçinin o qrupun vokalisti, gitaraçısı və pianinoçusudur. Hybrid Theory, Meteora, Minutes to Midnight, A Thousand Suns, Reanimation və Linkin Parkın korsertlərinin prodüseridir. Nu-Metal musiqi tərzində ən yaxşı Rep ifa edən vokalistlərdən biridir. Mayk Şinoda, Jay-Z ilə yaradılan Collison Cource albomunun mahnılarının ifaçısı və prodüseridir. O, bu albomda pianino və vokal olaraq xidmət göstərmişdir.

Fort Minor

Mayk Şinoda, Linkin Parkın Meteora albomunu bitirdikdən sonra özü üçün bir rep qrupu qurmağı qərara alır. Qrupun adı Fort Minor (tər. Balaca qala) oldu. Qrup 2004 quruldu amma ilk və tək albomu 2005-də çıxdı. Mayk bu albomda fərqli-fərqli repçi və hip-hopçu ilə birlikdə duet etdi. Bunlar Stayl of Biyond, Holli Bruk və başqalarıdır. Albomdan üç sinql çıxmışdır. "Remember the Name", "Believe Me", "Where'd You Go" sinqlları dünya üzrə çox bəyənildi. Remember the Name mahnısı komputer oyunu olan NBA Live 2006 oyunun soundtreki olmuşdur.


Tarix: 26.01.2013 / 13:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 386 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...