beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kreyq Devid

Kreyq Devid (ing. Craig Ashley David, d. 5 may 1981, Sauthempton, Böyük Britaniya) – ingilis musiqiçi və bəstəkar.Craig David

Kreyq Devid 2009-cu ildə
Ümumi məlumatlar
Doğum adıCraig Ashley David
LəqəbiCD
Doğum tarixi5 may 1981-ci il (31 yaş)
Sauthempton, Böyük Britaniya
Mənşə Böyük Britaniya
ÜslublarR&B, Pop musiqi
PeşələriMusiqiçi, Bəstəkar
Fəaliyyət illəri1999 - günlərimiz
Albom şirkətləriTelstar Records (1999-2004)
Teacup (2005-2008)
Universal Music TV (2009-2010)
Atlantic Records
Veb saytıhttp://www.craigdavid.com/


Karyerası

Kreyq Devid uşaqlıqdan musiqi ilə məşğul olub. İlk nailiyyəti Böyük Britaniyanın "I’m Ready" mahnı müsabiqəsində qalibiyyəti olub. Bundan sonra Kreyq Mark musiqiçi Mark Hill ilə tanış olur və onunla işləməyə başlayır. 2000-ci ildə Kreyq Devidin "Born To Do It" adlı ilk albomu işıq üzü görür. Albom Böyük Britaniyanın ən çox satılan albomları sırasında birinci yerə qalxır və 19 yaşlı Kreyq Devid bu nailiyyəti qazanmış ən gənc müğənni kimi tarixə düşür. Albomun sinqlları olan "Fill Me İn", "7 Days", "Walking Away", "Rendezvous" dünya çartlarının ilk pillələrini tutur və Kreyqi bütün dünyada tanıdır. 2002 və 2003 illərində Kreyq Devid "Ən yaxşı vokal çıxışı" nominasiyasında 2 dəfə Qremmi mükafatının adayı olur.

2002-ci ildə Kreyq Devid "Slicker Than Your Average" adlı ikinci albomunu hazırlayır. Bu albom ilk alboma nisbətən az uğur qazansa da Kreyq Devid yenə də bir sıra mükafatlar qazanır və populyarlığını qoruyur. 2003-cü ildə Kreyq Devid musiqiçi Stinq ilə birlikdə ona böyük uğur gətirən "Rise & Fall" mahnısını yazır. Mahnı Böyük Britaniyada ilin ən uğurlu mahnıları arasında ikinci yeri tutur. 2005-ci ildə Kreyq Devid "The Story Goes...", 2007-ci ildə "Trust Me", 2010-ci ildə isə "Signed, Sealed, Delivered" adlı albomlarını buraxır. Bundan başqa 2008-ci ildə Kreyq Devid ən yaxşı mahnılarının daxil olduğu "Greatest Hits" albomunu buraxır və bu albom üçün "İnsomnia" adlı yeni sinql yazır. 2012-ci ildə Kreyq Devid sayca 6-cı studiya albomunu buraxacaq və 2013-cü ildə dünya turuna başlayacaq.

Diskoqrafiya
Studiya albomları
Born to Do It (2000)
Slicker Than Your Average (2002)
The Story Goes... (2005)
Trust Me (2007)
Signed Sealed Delivered (2010)
Toplu albomları
Greatest Hits (2008)


Tarix: 26.01.2013 / 13:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 361 Bölmə: Bəstəkarlar Və Müğənnilər