beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kamil Cəlilov

Cəlilov Kamil Cəlil oğlu — mahir qaboy ustası, Azərbaycanın xalq artisti.

Həyatı

Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib.[1] Onun uşaqlığı da bu kənddə keçib. Orta təhsilini Bakıdakı 176 saylı məktəbdə alıb. Eyni zamanda 1 saylı musiqi məktəbində oxuyub. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub.

İfa etdiyi muğamlar: "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və ritmik muğamlardan "Qarabağ şikəstəsi".

Həyat yoldaşı Sənubər Cəlilova 17 sentyabr 2012-ci ildə 65 yaşında vəfat etmişdir.


Tarix: 26.01.2013 / 13:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Bəstəkarlar Və Müğənnilər