beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elena Risteska

Yelena Risteska (Makedon dilində:Елена Ристеска) – müğənni.Mündəricat
1 Həyatı
1.1 Avroviziya
1.2 Avroviziyadan sonra
2 Mənbə
3 Xarici keçidlər


Həyatı

Yelena Risteska 1986-cı il aprelin 27-də Makedoniyanın paytaxtı Skopye şəhərində anadan olmuşdur. 1996-cı ildə debüt etmişdir.

Avroviziya

2006-cı ildə Yelena Makedoniya seçim turlarına "Ninanajna" mahnısıyla qatılır və seçim turlarında qalib gələrək Makedoniyanı təmsil edir. Mahnı ritmik olmaqla, özündə pop, RnB və disko janrlarının sintezindən ibarətdir. Mahnıda həmçinin Makedoniya milli musiqisinə xas olan ritmlərə də rast gəlmək olur. Yarımfinal asanlıqla keçən Yelena sonda müsabiqəni 56 xalla 12-ci pillədə başa vurur. Bu, Makedoniyanın Avroviziya Mahnı Müsabiqəsində hələ ki, ən böyük nailliyəti olaraq qalır.

Avroviziyadan sonra

Avroviziya 2006-dan sonra Yelena bir çox yerlərdən dəvətlər alır-müxtəlif konsert və müsabiqələrdə iştirak edir. 2008-ci ildə o ilk ingilis dilli sinqlı olan "Millioner" buraxır. Həmin sinql onun sayca 3-cü albomuna daxil edilir. 2008-ci ildə Yelena Skopyedə ilk böyük konsertini verir.


Tarix: 24.01.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Bəstəkarlar Və Müğənnilər