beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Denni O'Donohyu

Denni O'Donohyu — 1980-ci il oktyabr ayının 3-də[1] İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Hələ uşaq yaşlarından onun musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, "Mark Sheehan" və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır. 2001-ci ildə artıq "MyTown" dağıldıqdan sonra o, dostu "Mark Sheehan"ı yanına alır və 2001-ci ildə "The Script" pop-rock qrupunu yaradır. Bu qrup çox uğurlu olur və onlarla albom çıxarda bilir. "The Script" qrupu hələ də fəaliyyətdədir. Denni O'Donohyu müğənnilikdən başqa həm də model olaraq bir sıra reklamlar və başqa tədbirlərdə iştirak etməkdədir.


Tarix: 24.01.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: Bəstəkarlar Və Müğənnilər