Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dost Yoxsa Sevgili?

Gəl məni dost kimi dindir, danışdır,
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim dostumdu, sən de tanışım,
Hamıdan gizlədək sevdiyimizi..

Danışaq, gəzək, gülək yan-yana,
Onda adımıza sözdə deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?

Zəng elə danışaq dərsdən filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı dost bilsin bizi hər zaman,
Denən ki,heç mənim sevən yaşımdı?

Dostluqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı.
Gəl əvvəl həyatda yoldaş olaq biz,
Sonra isə olarıq həyat yoldaşı...


Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 157 Bölmə: Azeri Letifeler
loading...