Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Gün Səni Sevdiyim Gündür..

Bu gün çox tanışdı mənə,
Səni ilk gördüyüm gündür.
Baxıb ürkək gözlərinə,
Sevinclə güldüyüm gündür.

Titrəyib əsərək dilim,
"Sevirəm" demiş nə bilim.
Yoxsa unutmusan gülüm,
Bu - səni sevdiyim gündür.

Gəlmədi sevgi qatarım,
Yolda qaldı arzularım.
Üzərində göz yaşlarım,
Şəklini öpdüyüm gündür.

Bir gün qəfil solar üzün,
Dodağında qalar sözün.
İxtiyarsız dolsa gözün,
Bil ki, o öldüyüm gündür..


Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Azeri Letifeler
loading...