beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün qonşularından biri Mollanın yanına gəlir ki:

Bir gün qonşularından biri Mollanın yanına gəlir ki:
– Molla, eşşəyini ver, dəyirmana bir az buğda aparmaq istəyirəm.
Molla and-aman eləyir ki:
– Canın üçün, eşşək evdə deyil. Bizim də bir az buğdamız var idi,
uşaq yükləyib aparıb dəyirmana.
Bu dəmdə eşşək tövlədə anqırır. Eşşəyin səsini eşidən qonşu deyir:
– Molla, ayıb olsun sənə! Utanmırsan eşşək tövlədə ola-ola mənə
yalan deyirsən?
Molla hirslənib deyir:
– Ayıb sənə olsun ki, mən boyda ağsaqqal kişiyə inanmırsan, tövlədəki
eşşəyə inanırsan.


Tarix: 02.06.2013 / 16:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Azeri Letifeler