beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün qonşuları baxıb görürlər ki

Bir gün qonşuları baxıb görürlər ki, Molla eşşəyin qabağına ot
əvəzinə taxta talaşası töküb. Deyir:
– Ay Molla, heç heyvan da taxta talaşası yeyərmi?
Molla deyir:
– Mən də bilirəm ki yeməz. Amma ki, nə eləyim? Ot yoxdur, heyvan
da acdır.
Qonşu deyir:
– Sən guya ki, onu aldatmaq istəyirsən, amma o da o qədər axmaq
deyil ki, ot əvəzinə taxta talaşası yeyə.
Molla:
– Onu öz başına qoyan kimdi ki, yeməsin. Bu saat yeyər-deyib eşşəyin
gözünə bir yaşıl gözlük taxır.


Tarix: 02.06.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Azeri Letifeler