Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Mollanın iki buzovu var imiş.

Mollanın iki buzovu var imiş. Buzovların ikisinin də burunlarının
yellənmiş vaxtı olduğu üçün, qaçmasınlar deyə, Molla onların hər
ikisini möhkəm-möhkəm bir ağaca bağlamış imiş. Bir dəfə, necə
olursa, buzovlardan biri ipini qırıb qaçır. Molla tez bir ağac götürüb
düşür ikinci buzovun üstünə, vur ki vurasan. Qonşulardan biri soruşur:
– Ay Molla, o yazıq nə günahın sahibidi? Qaçana əlin çatmır, qalanı
niyə döyürsən?
Molla deyir:
– Siz bunu tanımırsınız. Bilmirsiniz bu nə haramzadadı. Bu heç
ondan geri qalan deyil. Yəqin bilin, əgər bu qırılsa idi, ondan da bərk
qaçardı.


Tarix: 02.06.2013 / 16:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Azeri Letifeler
loading...