beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günlərin birində Mollanın evinə bir qonaq gəlir.

Günlərin birində Mollanın evinə bir qonaq gəlir. Gecə yeyibiçəndən
sonra yatmaq üçün yerləri salanda, qonaq evin tavanından
asılan üzümlərə baxıb deyir:
– Bizim ellər, bizim ellər.
Yatanda üzüm yeyərlər.
Molla qonağın fikrindən keçəni duyub yorğanı düzəldə-düzəldə
şikəstə ilə oxuyur:
– Bizdə elə adət yoxdur,
Saxlayıb gündüz yeyərlər.


Tarix: 02.06.2013 / 16:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Azeri Letifeler