beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla bir gün qonşusundan bir qazan alır.

Molla bir gün qonşusundan bir qazan alır. Bir neçə gündən sonra
içinə bir balaca qazan da qoyub sahibinə qaytarır. Qonşu balaca qazanı
görüb soruşur:
– Molla, bu nədi? Mən ki sənə bircə qazan vermişdim.
Molla gülə-gülə deyir:
– Balam, sən çox xoşbəxt adammışsan. Qazanın bu gecə doğub.
Kişi heç bir söz deməyib, sevinə-sevinə qazanları götürüb aparır.
Bu işin üstündən bir müddət keçəndən sonra Molla həmən qonşusundan
bir böyük putluq qazan istəyir. Birinci qazandan dişi şirəyə batmış
qonşu çox böyük razılıqla qazanı gətirib verir. Bir gün, beş gün, bir
ay... Molla qazanı qaytarmır. Axırda kişi gəlir Mollanın qapısına. Molla
çıxır, bunu qapıda görcək, başlayır dil-ağız eləməyə:
– Bağışla, vallah, a qonşu. Sənin də yanında lap xəcalət oldum.
Daha nə etmək olar? Çox da ürəyini sıxma. Dünyanınkı belədi. Ürəyini
geniş tut. Allah əvəz versin.
Mollanın danışıüından heç bir şey başa düşməyən qonşu soruşur:
– Molla, sən nə barədə danışırsan? Bu nə başsağlıüıdı mənə verirsən?
Mən qazan üçün gəlmişəm.
Molla dəsmalını çıxarıb gözlərini silir ki:
264
– Elə mən də rəhmətlik qazan barəsində danışıram də... Qonşu soruşur:
– Necə yəni rəhmətlik? Niyə, nə olub ki?
Molla deyir:
– Vallah, heç deməyə də dilim gəlmir. Qazanın bu gecə öldü.
Qonşu soruşur:
– Molla, bu nə sözdü? Heç qazan da ölərmi?
Molla deyir:
– Qonşu, heç keçən dəfə qazanın doğanda bu sualı vermirdin?
Bəs niyə qazan doğanda inanırsan, öləndə inanmırsan?
Doğan ölər də...


Tarix: 02.06.2013 / 16:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Azeri Letifeler