beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecələrin birində Mollanın evinin qabağında dava düşür.

Gecələrin birində Mollanın evinin qabağında dava düşür. Molla
səsə yuxudan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub.
Kimsə elə o saat yorğanı onun çiynindən götürür. Qaranlıq olduğu
262
üçün Molla yorğanı götürəni görmür. Ora yorğan, bura yorğan, bir də
baxır ki, səs-səmir də kəsildi. Savaşanlar elə bil ki, Mollanı gözləyirmişlər.
Küçədə heç kəs qalmadı. Molla soyuqdan titrəyə-titrəyə evə
qayıdır. Arvadı soruşur:
– A kişi, dava nə üstündə idi?
Molla deyir:
– Başa düşmədim. Deyəsən, bizim yorğanın üstündə imiş. Yorğanı
apardılar, dava da qurtardı.


Tarix: 01.06.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Azeri Letifeler