beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla bir gün yol ilə gedirmiş.

Molla bir gün yol ilə gedirmiş. Baxır ki, yolun kənarındakı gölün
içi doludu ördəklə. "Bəlkə bir-ikisini tutdum" – deyə cumur gölə. Ördəklər
hamısı uçub gedirlər. Molla tez cibindən bir az çörək çıxardıb
başlayır gölün suyuna batırıb yeməyə. Bunu görənlərdən biri soruşur:
– Molla, nuş olsun! Nə yeyirsən belə?
Molla deyir:
Ördək şorbası yeyirəm. Ancaq heyif ki, bir az soyuqdu.


Tarix: 01.06.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Azeri Letifeler