beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özündən çox müştəbeh olan bir lovüa adam Mollanın yanına gəlir ki:

Özündən çox müştəbeh olan bir lovüa adam Mollanın yanına gəlir ki:
– Deyirlər sən çox ağıllı, çoxbilmiş bir adamsan. Daha bu dünyada
bir adam qalmayıb ki, sən onun başına bir iş gətirməmiş olasan. Mən
də özümə görə ağıllıyam. Gəlmişəm görüm, sən üstün gələrsən, ya
mən?
Molla deyir:
– Əvvəla, bu yalandır ki, mən dünyada hamıdan ağıllıyam. Ancaq
indi ki, zəhmət çəkib gəlibsən, daha səni qaytarmaq istəmirəm. De
görək, fikrin nədi?
Lovüa adam deyir:
– Məsələn, bilmək istəyirəm ki, görüm sən məni aldada bilərsənmi?
Molla deyir:
– Mən səni lap çaya susuz aparıb, susuz gətirərəm.
Kişi deyir:
– Buyur, bu meydan, bu şeytan!..
Molla deyir:
– Buyur, gedək çaya. Mən elə eləyəcəyəm ki, sən çaydan su içməmiş
qayıdıb gələsən.
Kişi deyir:
– Gedək.
Durub gedirlər çayın kənarına. Kişi yetişən kimi əyilib ovcunu su
ilə doldurur, elə ağzına yaxınlaşdıranda Molla deyir:
– Dayan! Mən indi elə bir şey eləyəcəyəm ki, sənin ağzın
bağlansın, ovcun deşilsin, suyu içə bilməyəsən. Ancaq ki, biz səhv
eləmişik. Özümüzlə şahid gətirməmişik. Gəl düş qabağıma, yenə də
gedək meydançaya, oradakılardan birisini də özümüzlə gətirib gələk,
şahidimiz olsun.
Kişi razılaşır. Suyu ovcundan çaya töküb, düşür Mollanın qabağına.
Düz gəlirlər meydançaya. Camaat baxır ki, budu, qayıdıb gəldilər.
Molla yetişən kimi əyləşir. Kişi ha gözləyir, Molla durmur. Axırda deyir:
– Di dur, gedək də...
Molla deyir:
– Daha haraya gedək?
Kişi baxır ki, Molla onu aldadıb, udub.


Tarix: 01.06.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Azeri Letifeler