beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mollanın bir yaxşı qoçu var imiş.

Mollanın bir yaxşı qoçu var imiş. Lotular sözü bir yerə qoyub, birbir
gəlirlər Mollanın yanına ki:
– Molla, sabah bu dünyanın axırıdı, hamımız ölüb gedəcəyik o
dünyaya. Daha bu qoçu niyə saxlayırsan? Gəl bu axır günümüzdə qoçunu
kəs, bizə bir kabab ver, yeyək. Molla əvvəlcə inanmır. Ancaq
ikincisi gəlir, o da elə deyir, üçüncüsü gəlir, o da elə. Axırda Molla razı
olub qoçu kəsir.
Bəli, Molla kabab bişirir, lotular da bir az kənarda, bir ağacın altında
oturub gözləyirlər. Molla fikir verir, görür ki, lotular öz aralarında
Mollanı aldatdıqlarını danışıb-gülürlər. Elə ki Molla işi başa düşür,
arvadı çağırıb manqalın başında qoyur, özü gəlib qonaqların çuxalarını,
başmaqlarını, qurşaqlarını, papaqlarını yıüışdırır ki:
– Deyəsən, hava qarışır. Sonra yağış-zad yağar, qarışıüa düşüb
paltarlar qalar çöldə, islanar. Yaxşısı budur, aparım evə.
Qonaqlar heç bir şeydən şübhələnməyib, bir söz də demirlər.
Molla yıüışdırdıüı şeylərin hamısını tez o biri qapıdan çıxardıb bazarda
satdırır, puluna bir qoç aldırıb gətirir, bağlayır tövlədə əvvəlki qoçun
yerinə.Qonaqlar kababı yeyəndən sonra Mollaya razılıq edib paltarlarını
istəyirlər ki, geyinib getsinlər.Molla deyir:
– Balam, paltarlarınızın hamısı getdi o dünyaya. Nə qədər dedim
ki, dayanın, sabah bir yerdə gedərik, dedilər: "Qoç ki bu gün getdi, gərək
biz də bu gün gedək".
Qonaqlardan biri soruşur:
– Molla, bəs indi biz nə eləyək?
Molla deyir:
– Heç zad. Onsuz da sabah dünyanın axırıdır, daha neyləyirsiz paltarı?


Tarix: 01.06.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Azeri Letifeler