Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Bir qış gecəsində tülkü Mollanın toyuğunu aparır.

Bir qış gecəsində tülkü Mollanın toyuğunu aparır. Molla tülkünün
dalınca nə qədər qaçırsa, toyuğu saldıra bilmir. Dönüb yavaş-yavaş
iməkləyə-iməkləyə qonşunun hininə girib, toyuqlardan birini dişinə
alır, başlayır dörd ayaqlı qaçmağa. Toyuq çırpınıb qışqırır. Molla hinə
girəndə, sən demə, qonşu da həyətdə imiş. Tez Mollanı tutur ki:
– Ay Molla, nə qayırırsan?
Molla heç halını pozmayıb deyir:
– Narahat olma, qonşu! Elə bir şey yoxdu. Tülkü olmuşam, toyuğumun
əvəzini aparıram.


Tarix: 01.06.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Azeri Letifeler
loading...