beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün Molla oğluna bir abbası gümüş pul verir.

Bir gün Molla oğluna bir abbası gümüş pul verir. Uşaq pulu
oynadanda nə təhər olursa salır çaya. Tez əlinə bir ağac alıb ha çalışır
ki, pulu ağacın ucuna yapışdırıb çəkib çıxartsın, olmur ki, olmur. Molla
oğlunun əlləşdiyini görüb soruşur:
– A gədə, nə eləyirsən?
Oülu deyir:
– Pulum düşdü suya, nə qədər eləyirəm ağaca yapışdırıb çıxardam,
olmur.
Molla deyir:
– Mən heç gözləmirdim ki, bizim nəsildən belə axmaq uşaq çıxsın.
Ay heyvan, bilmirsən ki, iki quru şeyi bir-birinə yapışdırmaq olmaz?
Uşaq deyir:
– Bəs nə eləyim?
Molla deyir:
– Ya ağacın ucuna tüpür, ya da pulun üstünə, sonra yapışdır.


Tarix: 01.06.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Azeri Letifeler