beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mollanın çox yekə bir əmmaməsi var imiş.

Mollanın çox yekə bir əmmaməsi var imiş. Bir gün arvadı Mollanın
əmmaməsini açıb yuyur, qurudur, verir Mollaya ki, yenə sarıyıb
düzəltsin. Molla ha sarıyır, ancaq əmmamə uzun olduğundan qurtarmır.
Axırda təngə gəlib əmmaməni birbaş gətirir bazara, verir bir
dəllala ki,satsın. Dəllal bazarda əmmaməni bir az o yan, bu yana gəzdirib
axırda bir müştəri tapır. Molla baxır ki, müştəri, deyəsən,
əmmaməni dəllaldan almaq istəyir. Müştəriyə yazıüı gəlir, ağzını
onun qulağına yapışdırıb xəlvəti deyir:
– Qardaş, aldanıb alma! Çox zəhlə tökən əmmamədi, sarıdıqca
qurtarmır.


Tarix: 01.06.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Azeri Letifeler