beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün bazarda Mollanın xurcununu oğurlayırlar.

Bir gün bazarda Mollanın xurcununu oğurlayırlar. Molla xurcunun
oğurlandıüını görüb,meydanın ortasında dik bir yerə çıxır, ucadan qışqırır.
– Kim mənim xurcunumu oğurlayıb, dinməz-söyləməz gətirib
versin. Yoxsa mən bilirəm ki, nə eləyəcəyəm.
Yaxında gizlənmiş oğru Mollanın bu hədəsindən qorxuya düşüb
xurcunu gətirib verir. Özü də maraqlanıb soruşur ki:
– Molla, işdi, xurcunu gətirib verməsə idim nə edəcəkdin?
Molla deyir:
– Evdə köhnə bir cecim var. Gedib onu kəsib xurcun tikəcəkdim.


Tarix: 01.06.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Azeri Letifeler